Gələcək Azərbaycan Partiyası - GAP

Gələcək Azərbaycan Partiyası - GAP Gələcək Azərbaycan Partiyası - Gələcəyini düşünənlərin partiyası.

Əziz dostlar,Ramazan ayının mənəvi saflığı, səbir və mərhəmət ruhu bu günlərdə qəlbimizdə daha da dərin iz buraxır. Bu m...
20/03/2026

Əziz dostlar,

Ramazan ayının mənəvi saflığı, səbir və mərhəmət ruhu bu günlərdə qəlbimizdə daha da dərin iz buraxır. Bu mübarək bayram insanları bir-birinə yaxınlaşdıran, paylaşmağı, bağışlamağı və xeyirxahlığı ucaldan ən dəyərli zamanlardan biridir.

Gələcək Azərbaycan Partiyası olaraq inanırıq ki, Ramazanın gətirdiyi birlik, bərabərlik və həmrəylik ruhu cəmiyyətimizdə daim yaşamalıdır. Hər bir evə sevinc, hər bir ocağa bərəkət, hər bir ürəyə ümid dolsun.

Qoy bu bayram hər birinizə yeni başlanğıclar, ruhi rahatlıq və həyatınızda uğurlu yollar açsın.

🌙 Ramazan bayramınız mübarək olsun!

Bu gün Gələcək Azərbaycan Partiyası - GAP-nın rəhbərliyi və fəalları olaraq XX əsrin ən dəhşətli faciələrindən biri olan...
26/02/2026

Bu gün Gələcək Azərbaycan Partiyası - GAP-nın rəhbərliyi və fəalları olaraq XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümündə qurbanların əziz xatirəsini dərin ehtiramla yad etdik.

1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir. Günahsız insanların – qadınların, uşaqların, qocaların – amansızlıqla qətlə yetirilməsi təkcə bir şəhərin deyil, bütöv bir millətin faciəsi idi. Bu hadisə insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixdə qalır və heç vaxt unudulmamalıdır.

Xocalı qurbanlarının xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur. Tarixi unutmaq – onu təkrar yaşamaq riskini artırmaq deməkdir. Buna görə də gələcək nəsillərə həqiqətləri çatdırmaq, beynəlxalq aləmdə bu faciənin tanınması istiqamətində səyləri davam etdirmək vacibdir.

Belə dəhşətli hadisələrin bir daha baş verməməsi üçün regionda davamlı sülhün və ədalətin təmin olunması əsas şərtdir. Sülh yalnız müharibənin olmaması deyil, həm də ədalətin bərqərar olması, insan hüquqlarının qorunması və qarşılıqlı hörmət mühitinin formalaşmasıdır.

Biz inanırıq ki, Xocalı şəhidlərinin ruhu qarşısında borcumuz güclü, ədalətli və təhlükəsiz Azərbaycan qurmaqdır.

Allah bütün şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun.

GƏLƏCƏK AZƏRBAYCAN PARTİYASININ XOCALI SOYQIRIMI İLƏ BAĞLI BƏYANATI: Xocalı faciəsi Azərbaycan xalqının tarixində sadəcə...
26/02/2026

GƏLƏCƏK AZƏRBAYCAN PARTİYASININ XOCALI SOYQIRIMI İLƏ BAĞLI BƏYANATI:

Xocalı faciəsi Azərbaycan xalqının tarixində sadəcə bir təqvim günü deyil, insanlığın sınağa çəkildiyi, beynəlxalq hüququn iflic olduğu və erməni faşizminin ən iyrənc simasının üzə çıxdığı qanlı bir cinayət aktıdır. Bu gün biz bu dəhşətli soyqırımdan ötən 34-cü ili dərin hüznlə, eyni zamanda sarsılmaz milli qürurla anırıq.

26 fevral 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı planlaşdırılmış və koordinasiya olunmuş hərbi cinayət idi. Dinc əhaliyə qarşı həyata keçirilmiş bu hücum nəticəsində 613 günahsız insan amansızlıqla qətlə yetirilmişdir.

Tarixi faktlar və çoxsaylı mənbələr təsdiq edir ki, həmin dövrdə bölgədə yerləşdirilmiş Rusiya Federasiyasının 366-cı motoatıcı alayı hərbi texnikası və canlı qüvvəsi ilə Xocalıya hücum əməliyyatında iştirak etmişdir. Bu, artıq mübahisə mövzusu deyil — bu, sənədləşdirilmiş tarixi faktdır.

Gələcək Azərbaycan Partiyası açıq şəkildə bəyan edir:
• Xocalı soyqırımında iştirak etmiş hərbi strukturların məsuliyyəti siyasi manipulyasiyalarla ört-basdır edilə bilməz;
• Hərbi cinayətlərə görə hüquqi və siyasi məsuliyyət qaçılmazdır;
• Bu cinayətdə rolu olan bütün tərəflər beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Biz hesab edirik ki, Xocalı faciəsinə münasibətdə susqunluq və ya ikili standart mövqeyi beynəlxalq ədalət prinsipinə ziddir. Tarixi həqiqətlərin danılması və ya məsuliyyətin yayındırılması cəhdləri qəbuledilməzdir.

Azərbaycan xalqı öz şəhidlərinin qanını unutmayıb və əsla unutmayacaq! Ədalət tələbimiz prinsipialdır və geri dönüşü yoxdur!

Xocalı – sadəcə bir faciə deyil, beynəlxalq hüququn sınağıdır.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Gələcək Azərbaycan Partiyası
26 fevral 2026-cı il

Ağasif Şakiroğlu: “Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. İllərlə bu faciənin ağrısı ilə yaşayan millət üç...
26/02/2026

Ağasif Şakiroğlu: “Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. İllərlə bu faciənin ağrısı ilə yaşayan millət üçün ən böyük təsəlli ədalətin gec də olsa bərpa olunması istiqamətində atılan addımlar oldu.

Son illərdə dövlət səviyyəsində aparılan məqsədyönlü siyasət nəticəsində həm Xocalı həqiqətləri beynəlxalq müstəvidə daha geniş tanıdıldı, həm də bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində konkret hüquqi və siyasi addımlar atıldı. Bu, sadəcə siyasi qərar deyil – bu, şəhidlərin ruhuna ehtiramın, xalqın ləyaqətinin qorunmasıdır.

Xüsusilə 2020-ci ildən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət suverenliyinin tam təmin edilməsi xalqın illərlə gözlədiyi tarixi ədalətin təntənəsi kimi qiymətləndirilir. Bu prosesdə ölkə rəhbərliyinin qətiyyəti və prinsipial mövqeyi həlledici rol oynadı. İlham Əliyev rəhbərliyi altında həyata keçirilən siyasət göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarının qanını yerdə qoymur və milli maraqlarını sonadək müdafiə edir.

Azərbaycan Respublikası həm hərbi, həm diplomatik, həm də hüquqi müstəvidə mübarizə apardı. Nəticədə, Xocalı qurbanlarının xatirəsi təkcə anım mərasimləri ilə deyil, real siyasi nəticələrlə də yad edildi.

Bu gün xalq arasında formalaşan fikir budur: ədalət gecikə bilər, amma unudulmur. Dövlətin göstərdiyi qətiyyət, şəhid ailələrinə verilən dəstək və Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan sistemli iş hökumətin milli maraqlara sadiqliyinin göstəricisidir.

Xocalının qisası – ilk növbədə ədalətin bərpasıdır.”

 №201Gələcək Azərbaycan Partiyası (GAP) sədri Ağasif Şakiroğlu sərəncam imzalayıb.Sərəncama əsasən GAP sədri özünə yeni ...
23/02/2026

№201

Gələcək Azərbaycan Partiyası (GAP) sədri Ağasif Şakiroğlu sərəncam imzalayıb.

Sərəncama əsasən GAP sədri özünə yeni müavin təyin edib.

SƏRƏNCAMDA DEYİLİR:

Partiya nizamnaməsinin müvafiq bəndini rəhbər tutaraq Coşgun Alıyev Rəşad oğlu - Gələcək Azərbaycan Partiyası sədrinin Rəqəmsallaşma, Kibertəhlükəsizlik və Süni İntellekt məsələləri üzrə müavini təyin edilsin. Partiya Ali Məclisinə sərəncamdan irəli gələn hüquqi prosedurları həyata keçirmək tapşırılsın.

GAP Mətbuat Xidməti
23 fevral 2026-cı il

05/02/2026

İllər boyu ermənilər tərəfindən xalqımıza qarşı amansızlıqla törədilən cinayətlər, günahsız insanların həyatına son qoyan vəhşiliklər, yalnız fiziki deyil, mənəvi yaddaşımızda da dərin izlər buraxmışdı.Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağ...

Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu:"Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın ...
04/02/2026

Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu:

"Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müharibədən sonra seçdiyi prinsipial və gələcəyə hesablanmış siyasi xəttin mahiyyətini açıq şəkildə ortaya qoyur. Uzun illər qarşıdurma şəraitində yaşamış iki ölkə üçün sülhə keçid asan proses deyil. Lakin məhz bu çətin mərhələdə Azərbaycanın nümayiş etdirdiyi mövqe məsuliyyətli dövlət davranışının bariz nümunəsidir.

Bu gün Azərbaycan revanşizm yox, normallaşma və əməkdaşlıq yolunu seçib. Vaşinqton Sammitindən sonra atılan addımlar – nəqliyyat əlaqələrinin açılması, məhdudiyyətlərin aradan qaldırılması, qarşılıqlı təmasların genişlənməsi – sülhün yalnız bəyanatlarda deyil, real siyasətdə dəstəkləndiyini göstərir.

Cənab Prezidentin “sülh şəraitində yaşamağı öyrənirik” fikri dərin məna daşıyır. Bu, keçmişin yükündən qurtularaq gələcəyə baxmaq, regionu qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirmək iradəsidir. Azərbaycan bu prosesi tələsmədən, lakin qətiyyətlə aparır və Ermənistanla münasibətlərin mərhələli şəkildə sağlam əsaslar üzərində qurulmasına şərait yaradır.

Bu yanaşma Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün mühüm zəmin formalaşdırır. Azərbaycan bir daha sübut edir ki, gücünü yalnız müharibədə deyil, sülhün qurulmasında da nümayiş etdirməyi bacaran dövlətdir"

Gələcək Azərbaycan Partiyası - GAP sədri Ağasif Şakiroğlu:Əziz gənclər,Siz müasir Azərbaycan dövlətinin ən böyük stratej...
02/02/2026

Gələcək Azərbaycan Partiyası - GAP sədri Ağasif Şakiroğlu:

Əziz gənclər,

Siz müasir Azərbaycan dövlətinin ən böyük strateji gücü, sabahımızın təminatı, milli maraqlarımızın qoruyucususunuz. Bu gün ölkəmizin qazandığı uğurların, əldə etdiyi sabitliyin və inkişafın təməlində məhz gənclərə göstərilən ardıcıl dövlət qayğısı, düzgün və məqsədyönlü gənclər siyasəti dayanır.

Azərbaycan gəncliyi bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da bilik, intellekt, vətənpərvərlik və yüksək mənəvi dəyərlərlə tanınır. Dövlətimizin həyata keçirdiyi islahatlar, təhsil, məşğulluq, innovasiya və sahibkarlıq proqramları gənclərin öz potensialını reallaşdırması üçün geniş imkanlar yaradır.

Güclü dövlət – güclü gənclik prinsipinə əsaslanan bu siyasət, müstəqil Azərbaycanın davamlı inkişafının əsas təminatıdır.
Sizlər milli maraqlara sadiq, dövlətçiliyə bağlı, çağdaş düşüncəli və məsuliyyətli bir nəsil kimi ölkəmizin gələcəyini inamla çiyinlərinizdə daşıyırsınız.

Azərbaycanın ərazi bütövlüyünün bərpasında, dövlət suverenliyinin möhkəmləndirilməsində gənclərin göstərdiyi qətiyyət və fədakarlıq tariximizin qürurverici səhifələrində xüsusi yer tutur.Əminik ki, dövlətin etimadını doğruldaraq, Prezidentin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, siz gənclər Azərbaycanın güclənməsi, regional və qlobal mövqelərinin möhkəmlənməsi naminə bundan sonra da əzmlə çalışacaqsınız.

Gənclər Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm iradə, sağlam düşüncə, böyük hədəflər və Vətən yolunda yeni-yeni uğurlar arzulayıram. Güclü Azərbaycan – sizin əllərinizdədir!

23/01/2026

Azərbaycanın dünyadakı nüfuzu hər keçən gün artır.Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Hit.az-a açıqlamasında deyib.O bildirib ki, ölkəmizin diplomatik uğurları artan xətlə davam edir: Xüsusən də bu, 44 günlük Vətən müharibəsindək...

Bu gün günlərdən Xalqımın özünü tarix qarşısında təsdiq etdiyi gündür.Bu gün azadlığın kağız üzərində deyil, qanla, canl...
19/01/2026

Bu gün günlərdən Xalqımın özünü tarix qarşısında təsdiq etdiyi gündür.

Bu gün azadlığın kağız üzərində deyil, qanla, canla, şəhid qanı ilə yazıldığı gündür.

Bu gün “AZƏRBAYCAN!” deyə hayqıranların, “AZADLIQ!” deyə sinəsini düşmən gülləsinin qabağına verənlərin günüdür…

Bu torpaq susqunluğun deyil, müqavimətin torpağıdır. Bu Vətən - boyun əyməyənlərin, əsarəti qəbul etməyənlərin, ölümün üzünə dik baxıb geri çəkilməyənlərin Vətənidir.

Övladlarımız bir an belə tərəddüd etmədən, şəxsi taleyini millətin taleyinə qurban verərək şəhidlik zirvəsinə ucaldı. Onlar ölmədilər — xalqın vicdanına, tariximizin yaddaşına çevrildilər.

Bu gün Gələcək Azərbaycan Partiyası - GAP olaraq bir daha bəyan edirik:

Azərbaycan xalqı heç vaxt əsarətlə barışmayıb, barışmayacaq! Heç bir güc bu xalqın azadlıq iradəsini, eyni zamanda milli birliyini sındıra bilməz! Çünki bu iradə minlərlə şəhidin qanı ilə möhürlənib…

Baş əyirik şəhidlərimizin müqəddəs ruhu qarşısında. Onların qanı ilə sulanan bu Vətən yaşadıqca, Azərbaycan xalqı da yaşayacaq, mübarizə aparacaq və qalib olacaq.

Tanrı bütün şəhidlərimizə rəhmət etsin!
Şəhidlər ölməz, Vətən bölünməz! 🇦🇿

10/01/2026

İran hakimiyyətinə bağlı silahlı qüvvələrin, xüsusilə də SEPAH-ın dinc və silahsız etirazçılara qarşı odlu silahdan istifadə etməsinə dair yayılan görüntülər ciddi narahatlıq doğurur.

Dinc etiraz edən vətəndaşlara qarşı silah tətbiqi nə hüquqla, nə də insanlıqla izah oluna bilməz. Bu, açıq-aşkar dövlət zorakılığı və xalqın iradəsinə qarşı törədilən ağır cinayətdir.

Baş verənlər beynəlxalq hüququn, fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə tapdalanmasıdır. Öz xalqına qarşı güc tətbiq edən heç bir hakimiyyət legitim sayıla bilməz.

Gələcək Azərbaycan Partiyası olaraq törədilən bu vəhşilikləri qətiyyətlə pisləyir, İran hakimiyyətini dərhal zorakılığa son qoymağa və vətəndaşlarına qarşı cinayət siyasətindən imtina etməyə çağırırıq.

Address

Baku
AZ1130

Alerts

Be the first to know and let us send you an email when Gələcək Azərbaycan Partiyası - GAP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gələcək Azərbaycan Partiyası - GAP:

Share