Gələcək üçün Assosiasiyalar Akademiyası

Gələcək üçün Assosiasiyalar Akademiyası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gələcək üçün Assosiasiyalar Akademiyası, Public utility company, Jafar Jabbarli Street 44, Caspian Plaza, 5th floor, Baku.

20/01/2025

20 noyabr 2024-cü il tarixində benefisiar assosiasiyaların, fakültə üzvlərinin və tərəfdaşların iştirakı ilə 'Gələcək üç...
24/12/2024

20 noyabr 2024-cü il tarixində benefisiar assosiasiyaların, fakültə üzvlərinin və tərəfdaşların iştirakı ilə 'Gələcək üçün Assosiasiyalar' (AFA) layihəsinin randevu görüşü keçirildi.

AMFA-nın icraçı direktoru Jalə Hacıyeva və ƏTİ-nin prezidenti Davud Rəhimli çıxış edərək, AFA layihəsinin assosiasiyaların inkişafına verdiyi dəstəkdən, onların gələcək fəaliyyətlərinin dayanıqlı və effektiv olması üçün yaratdığı imkanlardan bəhs etdilər.

Tədbirdə Layihə meneceri Kristina Məmmədova layihənjn həyata keçirdiyi fəaliyyətlər və əldə olunan nəticələr haqqında ətraflı hesabat təqdim etdi.

Görüşün sonunda müxtəlif sahələrdə layihənin uğurlarına töhfə verən iştirakçılara təşəkkürnamələr təqdim olundu.

3 Dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Günüdür.Bu gün cəmiyyətdə bərabər hüquq və imkanlar yaratmaq, əlilliyi olan ...
03/12/2024

3 Dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Günüdür.

Bu gün cəmiyyətdə bərabər hüquq və imkanlar yaratmaq, əlilliyi olan şəxslərin sosial və iqtisadi inteqrasiyasını dəstəkləmək məqsədilə xüsusi bir önəm daşıyır.

Azərbaycan Mikromaliyyə Assosiasiyası olaraq, Əlil Təşkilatları İttifaqı -ƏTİ İnformasiya portalı www.udpo.az ilə əməkdaşlıq edərək, bu sahədə birgə təşəbbüslərə imza atmaqdan məmnunuq.

Belə ki, ƏTİ (UDPO) - Gələcək üçün Assosiasiyalar Akademiyası AFA Layihəsinin Konsorsium tərəfdaşıdır. (https://udpo.az/ )

Hədəfimiz hər kəs üçün inklüziv və bərabərhüquqlu bir cəmiyyətin formalaşdırılmasına töhfə verməkdir.

Birgə dəstək olaq və həmrəylik nümayiş etdirək!





  Dövlət Bayraq Günüdür!
09/11/2024

Dövlət Bayraq Günüdür!

Sənə zəfər yaraşır, Azərbaycan!
08/11/2024

Sənə zəfər yaraşır, Azərbaycan!

Cari ilin 16 oktyabr tarixində Gələcək üçün Assosiasiyalar Akademiyası nın 3-cü mərhələsinin daha bir təlimi "Strateji p...
17/10/2024

Cari ilin 16 oktyabr tarixində Gələcək üçün Assosiasiyalar Akademiyası nın 3-cü mərhələsinin daha bir təlimi "Strateji planlama" mövzusunda baş tutdu.

Fakültə üzvü Shams Mustafayeva tərəfindən keçirilən təlimdə mövcud vəziyyətin qiymətləndirilməsi, SWOT analizinin təhlili, gələcəyə baxışın qiymətləndirilməsi, dəyərlər, risklər və davranışlar və strateji planlama üçün mühüm olan digər mövzular ətraflı şəkildə müzakirə olundu, suallar cavablandırıldı, fikir mübadilələri aparıldı.

Təlimdə qrup şəklində fərz bir assosiasiya üçün 3 illik gələcəyə baxış planlaması ilə əldə edilən biliklərin praktiki şəkildə dəyərləndirildi.

15 oktyabr 2024-cü il tarixində Gələcək Üçün Assosiasiyalar Akademiyası çərçivəsində növbəti təlim baş tutdu. Fakültə üz...
16/10/2024

15 oktyabr 2024-cü il tarixində Gələcək Üçün Assosiasiyalar Akademiyası çərçivəsində növbəti təlim baş tutdu. Fakültə üzvü Narmin Ganiyeva "İdarəetmədə kreativ düşüncə və dizayn, tədbir təşkilatçılığı" mövzusunda təqdimatt keçirdi.

Təlimdə benefisiar assosiasiyalara idarəetmədə yaradıcılıq və onun müxtəlif mərhələləri, təqdimatda dizaynın rolu və onun qızıl qaydaları, həmçinin tədbirlərin növləri və konseptləri ilə bağlı ətraflı məlumat verildi.

Narmin Ganiyeva iştirakçılara yaradıcılığın idarəetmə prosesində hansı əhəmiyyət kəsb etdiyini və dizaynın təqdimatlarda daha effektli istifadə edilməsinin yollarını izah etdi. Təlim çərçivəsində tədbir təşkilatçılığının fərqli yanaşmalarını və tədbirlərin uğurla həyata keçirilməsinin əsas prinsipləri də müzakirə edildi.

Tədbirin sonunda qrup işi keçirildi. İştirakçılar təlimdə əldə etdikləri nəzəri bilikləri tətbiq edərək, praktik iş üzərində çalışdılar. Bu iş, təlim boyunca öyrənilənlərin daha yaxşı mənimsənilməsinə kömək etdi və iştirakçılara real keyslər əsasında tətbiqi təcrübə qazandırdı.

Cari ilin 03 oktyabr tarixində AFA Akademiyasında layihənin rəhbəri Kristina Məmmədova tərəfindən "Layihələrin və Qrantl...
07/10/2024

Cari ilin 03 oktyabr tarixində AFA Akademiyasında layihənin rəhbəri Kristina Məmmədova tərəfindən "Layihələrin və Qrantların idarəedilməsi" mövzusunda çox geniş və ətraflı təlim keçirildi.

Təlim zamanı layihələrin yaradılması, işçi heyətin seçilməsi, işin aparılması və inkişafı, eyni zamanda Azərbaycan Respublikasında Qrantların idarəedilməsi mövzusu iştirakçılara təqdim olundu, suallar cavablandırıldı və müzakirə olundu.

26 sentyabr 2024-cü il tarixində AFA Akademiyasında növbəti təlim günü keçirildi. Fakültə üzvü İradə Mikayılova tərəfind...
30/09/2024

26 sentyabr 2024-cü il tarixində AFA Akademiyasında növbəti təlim günü keçirildi.

Fakültə üzvü İradə Mikayılova tərəfindən təqdim olunan "Əməliyyatların idarə edilməsi və insan resursları" təlimində strateji və biznes planlama, monitorinq və qiymətləndirmə, işçi heyətinin idarə edilməsi, peşəkar inkişaf və bu sahədə digər mövzulara toxunuldu.

Interaktiv şəkildə davam edən təlimdə iştirakçıların sualları cavablandırıldı, birgə şəkildə müxtəlif keyslər işlənildi.

Qəhrəman şəhidlərimizi dərin və sonsuz ehtiramla anırıq!Vətən uğrunda şəhid olan igid oğullarımıza Allahdan rəhmət diləy...
27/09/2024

Qəhrəman şəhidlərimizi dərin və sonsuz ehtiramla anırıq!
Vətən uğrunda şəhid olan igid oğullarımıza Allahdan rəhmət diləyirik!


25 sentyabr 2024-cü il tarixində Gələcək üçün Assosiasiyalar Akademiyasının təlim həftəsinin ikinci günü baş tutdu. Təli...
26/09/2024

25 sentyabr 2024-cü il tarixində Gələcək üçün Assosiasiyalar Akademiyasının təlim həftəsinin ikinci günü baş tutdu.

Təlimin birinci hissəsində Fakültə üzvü Şəmsiyyə Mustafayeva “Emosianal Zəka” mövzusu istiqamətində, onun tərifi, xüsusiyyət və komponentləri barədə təməl məlumatları ətraflı olaraq bölüşdü. İnteraktiv şəkildə davam edən təlimdə şəxsi qiymətləndirmə testi edildi və nəticələr iştirakçılar ilə birlikdə müzakirə olundu.

Address

Jafar Jabbarli Street 44, Caspian Plaza, 5th Floor
Baku
AZ1065

Alerts

Be the first to know and let us send you an email when Gələcək üçün Assosiasiyalar Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gələcək üçün Assosiasiyalar Akademiyası:

Share