Şuşa Uşaq və Gənclər İdman Məktəbi

Şuşa Uşaq və Gənclər İdman Məktəbi Məktəbdə cüdo, yunan-Roma güləşi və bədii gimnastika idman növləri fəaliyyət göstərir.

21/04/2026

Bu gündən Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Üzməyi öyrənək” layihəsinin VII mərhələsinə start verilib. 1-8-ci sinif şagirdləri üçün nəzərdə tutulan ödənişsiz üzgüçülük təlimləri 1 ay davam edəcək və ümumilikdə 12 dərsi əhatə edəcək.

Təlimlər ölkənin 25 idman obyektində - Ağcabədi, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, İsmayıllı, Kürdəmir, Qazax, Qax, Qəbələ, Quba, Qusar, Lənkəran, Saatlı, Salyan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Neftçala, Zaqatala Olimpiya İdman Kompleksləri və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.


Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin idmançısı U-20 gənclər arasında Azərbaycan birinciliyində bürünc medal qazanıbŞuşa Uş...
26/02/2026

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin idmançısı U-20 gənclər arasında Azərbaycan birinciliyində bürünc medal qazanıb

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin (Şuşa UGİM) idmançısı Haqverdiyev Fikrət U-20 gənclər arasında Azərbaycan birinciliyində, 45 kq çəki dərəcəsində uğurlu çıxış edərək bürünc medala layiq görülüb.

3–5 fevral tarixlərində Gəncə İdman Sarayında keçirilən U-20 gənclər arasında Azərbaycan birinciliyində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Haqverdiyev Fikrət yüksək idman hazırlığı və əzm nümayiş etdirərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Əldə olunan bu nəticə idmançının davamlı məşq prosesinin və məşqçi heyətinin peşəkar fəaliyyətinin göstəricisidir.

İdmançımızı qazandığı uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni nailiyyətlər və qələbələr arzulayırıq.

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin idmançısı U-20 gənclər arasında Azərbaycan birinciliyində bürünc medal qazanıbŞuşa Uş...
09/02/2026

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin idmançısı U-20 gənclər arasında Azərbaycan birinciliyində bürünc medal qazanıb

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin (Şuşa UGİM) idmançısı İbrahimov Saleh U-20 gənclər arasında Azərbaycan birinciliyində, 67 kq çəki dərəcəsində uğurlu çıxış edərək bürünc medala layiq görülüb.

3–5 fevral tarixlərində Gəncə İdman Sarayında keçirilən U-20 gənclər arasında Azərbaycan birinciliyində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman idarəsinin Şuşa Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi İbrahimov Saleh yüksək idman hazırlığı və əzm nümayiş etdirərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Əldə olunan bu nəticə idmançının davamlı məşq prosesinin və məşqçi heyətinin peşəkar fəaliyyətinin nəticəsidir.

İdmançımızı qazandığı uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni nailiyyətlər və qələbələr arzulayırıq.

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi, məşqçi-müəllim heyəti və 4 idmançısı Şuşa Rayon İcra Hakimiyyəti tərəfind...
06/02/2026

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi, məşqçi-müəllim heyəti və 4 idmançısı Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.

16 yanvar 2026-cı il tarixində Bakı şəhərində Şuşa Rayon İcra Hakimiyyətinin başçısının hesabat tədbiri keçirilmişdir.

Tədbir çərçivəsində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən Şuşa Uşaq-Gənclər İdman Məktəbinin direktoru Tural Allahverdiyev, cüdo bölməsinin baş məşqçi-müəllimi Asiman Allahverdiyev, cüdo bölməsinin məşqçisi Orxan Dünyamalıyev, həmçinin idmançılar Ağayeva Südabə, Bayramova Ülviyyə, Həmidova Şəfəq və Həsənli Günel yüksək idman nailiyyətlərinə və fəaliyyətlərinə görə fəxri fərman və mükafatlarla təltif olunmuşlar.

Şuşa UGİM-in idmançıları Yunan-Roma güləşi üzrə U17 zona birinciliyində uğur qazanıb.15 yanvar 2026-cı il tarixində Kürd...
06/02/2026

Şuşa UGİM-in idmançıları Yunan-Roma güləşi üzrə U17 zona birinciliyində uğur qazanıb.

15 yanvar 2026-cı il tarixində Kürdəmir Olimpiya İdman Kompleksində Yunan-Roma güləşi üzrə Mərkəzi Aran, Şəki-Zaqatala və Qarabağ Regional Gənclər və İdman İdarələrinin U17 yaş qrupu üzrə zona birinciliyi keçirilmişdir.

Keçirilən yarışda Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa Uşaq-Gənclər İdman Məktəbinin idmançıları uğurla çıxış etmişlər. Komandamızdan yarışın yekununda 1 qızıl, 2 bürünc və 1 nəfər 5-ci yer olmaqla ümumilikdə Azərbaycan birinciliyində iştirak üçün 4 lisenziya əldə etmişdir.

Yarışda fərqlənən idmançılar:
• Əliyev Məhəmməd (51 kq) – qızıl medal
• Zülfüqarlı Yusif (51 kq) – bürünc medal
• Cəfərov Məhəmməd (71 kq) – bürünc medal
• Salahov Ramiz (48 kq) – 5-ci yer

İdmançılarımızı və məşqçi heyəti təbrik edir, qarşıdakı Azərbaycan birinciliyində uğurlar arzulayırıq.

Şuşa UGİM-in direktoru dünya kubokunun bürünc medalına sahiblənib.Hindistanın Yeni Dehli şəhərində keçirilən Zorxana və ...
06/01/2026

Şuşa UGİM-in direktoru dünya kubokunun bürünc medalına sahiblənib.

Hindistanın Yeni Dehli şəhərində keçirilən Zorxana və Pəhləvan güləşi üzrə Dünya Kubokunda Şuşa Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) direktoru Tural Allahverdiyevdə uğurla çıxış edərək bürünc medala yiyələnib.

Beynəlxalq arenada əldə olunan bu nəticə Azərbaycan idmanının nüfuzunun yüksəldilməsi və milli idman növlərinin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Yarış yüksək rəqabət şəraitində keçib və müxtəlif ölkələri təmsil edən güclü idmançıları bir araya gətirib.

İdmançımızı təbrik edir və uğurlarının ardıcıl olmasını arzu edirik.

Şuşa UGİM 2025-ci ilin ən yaxşı idman məktəblərindən biri seçildi! Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin...
06/01/2026

Şuşa UGİM 2025-ci ilin ən yaxşı idman məktəblərindən biri seçildi!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimində müxtəlif nominasiyalar üzrə qaliblər elan olunub.
Bu nominasiya çərçivəsində “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi” kateqoriyasında Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa Uşaq-Gənclər İdman Məktəbi (UGİM) 3-cü yeri tutub.

Şuşa UGİM U-14 Azərbaycan birinciliyində ilk üçlükdə!U-14 kiçik yaşlı yeniyetmələr arasında keçirilən Azərbaycan birinci...
06/01/2026

Şuşa UGİM U-14 Azərbaycan birinciliyində ilk üçlükdə!

U-14 kiçik yaşlı yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində Şuşa UGİM cüdoçuları uğurla çıxış edərək ümumi klub sıralamasında 3-cü yeri tutublar. Komandamız yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

İdmançılarımızı və məşqçilərimizi təbrik edir, yeni uğurlar arzulayırıq! 🥋🇦🇿

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin qadın cüdoçulardan ibarət komandası Azərbaycan çempionu oldu.07 dekabr 2025-ci il tar...
11/12/2025

Şuşa Uşaq-Gənclər İdman Məktəbinin qadın cüdoçulardan ibarət komandası Azərbaycan çempionu oldu.

07 dekabr 2025-ci il tarixdə Bakı İdman Sarayında keçirilmiş cüdo idman növü üzrə qadın və kişilər arasında komandalararası Azərbaycan çempionatı başa çatmışdır. Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar yüksək nəticə uğrunda mübarizə aparmışlar.

Yarışda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayon Uşaq-Gənclər İdman Məktəbinin qadın idmançılardan ibarət komandası çempionatda xüsusilə fərqlənərək ən yüksək nəticə göstərmiş və Azərbaycan çempionu adını qazanmışdır. Komandamız möhtəşəm çıxışı ilə həm 5 qızıl medala, həm də turnirin kubokuna layiq görülmüşdür.

İdmançılarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!

QarabağRGİİ

Address

Heydər Əliyev Prospekti 115
Baku
AZ1029

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Şuşa Uşaq və Gənclər İdman Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şuşa Uşaq və Gənclər İdman Məktəbi:

Share