YAP Səbail rayon təşkilatı

YAP Səbail rayon təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YAP Səbail rayon təşkilatı, Political Party, Abbasqullu Abbaszadə 132, Baku.

26 may 2026-cı il tarixində Bakı şəhəri 163 nömrəli tam orta ümumtəhsil məktəbində 1 İyun – Uşaqların Müdafiəsi Gününə h...
01/06/2026

26 may 2026-cı il tarixində Bakı şəhəri 163 nömrəli tam orta ümumtəhsil məktəbində 1 İyun – Uşaqların Müdafiəsi Gününə həsr olunmuş rəngarəng və yaddaqalan tədbir keçirilmişdir.
Tədbirdə məktəbin 4-cü sinif şagirdlərindən ibarət xorun ifasında nəğmələr səsləndirildi. Şagirdlər maraqlı rəqslər nümayiş etdirdilər.
Şagirdlərin təqdimatında səhnələşdirilən “Turpun nağılı” tamaşası isə uşaqların yaradıcı bacarıqlarını, birlik və dostluq dəyərlərini əks etdirərək tədbirin ən maraqlı məqamlarından biri oldu.
1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə keçirilən bu tədbirin əsas məqsədi uşaqlara göstərilən sevgi və qayğını ifadə etmək, onların hüquqlarının qorunmasının vacibliyini vurğulamaq, eyni zamanda şagirdlərin istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq olmuşdur.
Balacalarımızın üzündəki sevinc və təbəssüm bir daha göstərdi ki, uşaqları xoşbəxt görmək hər bir cəmiyyətin ən böyük uğurudur.
Məktəbdə 2023-2024-cü tədris ilindən inklüziv təhsil fəaliyyətə başlamışdır. Həmin siniflədə üç şagird təhsil alır. 2025-2026-cı tədris ilindən isə xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün xüsusi təhsil sinifləri yaradılmışdır.

28/05/2026

“Memarlıq və Şəhərsalma ili çərçivəsində” 28 May Müstəqillik günü ərəfəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Qarabağ Səfəri təşkil olunub.

Səfər zamanı 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Bildirilib ki, müstəqillik Azərbaycanın ən böyük milli sərvəti olmaqla yanaşı, ölkəmizin davamlı inkişafının, milli birliyinin və güclü dövlətçilik ənənələrinin əsasını təşkil edir.

Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, tarixi-mədəni və memarlıq abidələrinin yenidən dirçəldilməsi prosesi ilə yaxından tanış olmaq, həmçinin iştirakçılarda vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hissini daha da gücləndirmək olub.

“Memarlıq və Şəhərsalma ili çərçivəsində” 28 May Müstəqillik günü ərəfəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşk...
27/05/2026

“Memarlıq və Şəhərsalma ili çərçivəsində” 28 May Müstəqillik günü ərəfəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Qarabağ Səfəri təşkil olunub.

Səfər zamanı 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Bildirilib ki, müstəqillik Azərbaycanın ən böyük milli sərvəti olmaqla yanaşı, ölkəmizin davamlı inkişafının, milli birliyinin və güclü dövlətçilik ənənələrinin əsasını təşkil edir.

Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, tarixi-mədəni və memarlıq abidələrinin yenidən dirçəldilməsi prosesi ilə yaxından tanış olmaq, həmçinin iştirakçılarda vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hissini daha da gücləndirmək olub.

Səfər iştirakçıları ilk olaraq Ağdam şəhərində yerləşən Cümə məscidini ziyarət ediblər. Bildirilib ki, uzun illər erməni vandalizminə məruz qalan məscid bu gün dövlətimizin diqqət və qayğısı ilə bərpa olunur və öz tarixi görkəmini yenidən qazanır.

Daha sonra iştirakçılar Əsgəran qalasında olub, qədim memarlıq nümunəsi hesab edilən qala haqqında ətraflı məlumat əldə ediblər. Qeyd olunub ki, Qarabağın zəngin tarixi irsi ölkəmizin mədəni yaddaşının mühüm hissəsidir.

Səfər çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti də ziyarət olunub. Burada gənclərin təhsil imkanlarının genişləndirilməsi, regionun elm və təhsil mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Şuşa şəhərinə səfər iştirakçılarda xüsusi təəssürat yaradıb. Cıdır düzü, Natəvan bulağı, Xurşidbanu Natəvanın ev muzeyi və İsa bulağı ziyarət olunub. Bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri milli irsimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Laçın rayonunda iştirakçılar Laçın Seyrəngahında və Zabux kəndində olub, bölgədə yaradılan yeni yaşayış infrastrukturu, həyata keçirilən sosial layihələr və kəndlərin yenidən qurulması prosesi ilə tanış olublar.

Səfərin son ünvanı Zəngilan rayonunun Ağalı kəndi olub. “Ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalı kəndində tətbiq edilən innovativ həllər, müasir şəhərsalma yanaşmaları və dayanıqlı inkişaf modeli iştirakçıların böyük marağına səbəb olub.

Səfər iştirakçıları qeyd ediblər ki, 28 May – Müstəqillik Günü ərəfəsində Qarabağa təşkil olunan bu səfər Azərbaycanın müstəqillik tarixinin, dövlətçilik ənənələrinin və milli birliyinin təntənəsinin bariz nümunəsidir.

Müqəddəs Qurban bayramı və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası tərəfində...
27/05/2026

Müqəddəs Qurban bayramı və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası tərəfindən Səbail rayonu ərazisində yaşayan şəhid ailələrinə bayram sovqatları təqdim olunmuş, həmçinin Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət edilmişdir.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə səmimi görüşlər keçirilmiş, şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd edilmişdir. Eyni zamanda, uşaqlara bayram münasibətilə xüsusi diqqət göstərilmiş, onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Ziyarət zamanı vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Qeyd olunmuşdur ki, ölkəmizdə şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli və mənəvi dəstəklə əhatə olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir və bu sosial-mənəvi dəstək tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

Səbail rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir
26/05/2026

Səbail rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir

Müsəlman Şərqin ilk demokratik, hüquqi, dünyəviparlament respublikasıAzərbaycan xalqının tarixində əlamətdar günlərdən b...
26/05/2026

Müsəlman Şərqin ilk demokratik, hüquqi, dünyəvi
parlament respublikası

Azərbaycan xalqının tarixində əlamətdar günlərdən biri 28 May Azərbaycan Xalq Cumhuriyyətinin yaranması günüdür. Azərbaycan öz müstəqilliyini həmin tarixdə elan edilməsi, həmdə şərqdə və bütün müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının əsasının qoyulması, xalqın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Xalq Cumhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvü şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi fəaliyyət göstərirdi. Ulu Öndər Heydər Əliyevin nəzərincə, həmin dövrdə böyük işlər görmüşdür. Xüsusilə bütün müsəlman aləmində ilk dəfə Azərbaycanda üsul idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də, Azərbaycanda həm müstəqilliyin əsasını qoymuşlar, həm də demokratiyanın. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cumhuriyyəti qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilməlidir.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Möhtərəm Prezident İlham Əliyevin dövlətçilik siyasəti bölgəmizdə eləcə də dünyada geosiyasi maraqların toqquşduğu və dünya nizamında kəskin dəyişiklərin getdiyi mürəkkəb şəraitdə Azərbaycan dövlətinin qazandığı müvəffəqiyyətlər, ölkə prezidentinin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət, sosial-iqtisadi sahələrdə qazanılan uğurlar əmin olmağa imkan verir ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi heç zaman əldən verməyəcəyik, Azərbaycan Respublikasının müstəqilliyi əbədi olacaqdır.
YAP Səbail rayon yerli
təşkilatının sədri Muxtar Nağıyev

“Şəhərsalma və Arxitektura İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə gənc...
15/05/2026

“Şəhərsalma və Arxitektura İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında baş tutan tədbirdə qazilər, partiya fəalları və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyublar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında bildirib ki, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun gənc nəslə aşılanması bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın güclü dövlətə çevrilməsində milli birlik, ordu quruculuğu və vətənə bağlılıq mühüm rol oynayır.

Muxtar Nağıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Vətəni qorumaq hər bir insanın müqəddəs borcudur” fikri bu gün də öz aktuallığını qoruyur və gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasında mühüm ideoloji əsas kimi çıxış edir. O bildirib ki, Azərbaycanın qazandığı tarixi Zəfər xalqımızın milli həmrəyliyinin, güclü siyasi iradənin və müzəffər ordumuzun qəhrəmanlığının nəticəsidir.

Çıxış zamanı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Biz öz torpaqlarımızda döyüşürdük, haqq uğrunda mübarizə aparırdıq və bu Zəfəri Azərbaycan xalqı öz qanı, canı hesabına qazandı” fikrini xatırladan Muxtar Nağıyev bildirib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə gələcək nəsillər üçün böyük qürur mənbəyidir.

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov gənclərlə səmimi fikir mübadiləsi apararaq Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb. O qeyd edib ki, Azərbaycan Ordusunun şəxsi heyəti döyüşlər zamanı böyük əzm, yüksək döyüş ruhu və Vətən sevgisi nümayiş etdirib. Şuşa istiqamətində gedən ağır döyüşlərdən bəhs edən Zaur Hüseynov bildirib ki, hər bir hərbçi torpaqlarımızın azadlığı uğrunda sonadək mübarizə aparmağa hazır idi.

O vurğulayıb ki, gənclərin milli ruhda yetişməsi və dövlətə bağlı olması Azərbaycanın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. “Biz döyüş meydanında yalnız silahla deyil, həm də vətən sevgisi ilə qalib gəldik”, — deyə Zaur Hüseynov bildirib.

Tədbirdə çıxış edən ehtiyatda olan mayor Anar Quliyev qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı uğurlar uzun illər ərzində həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin nəticəsidir. O bildirib ki, Aprel döyüşləri, Vətən müharibəsi və “Qisas” əməliyyatı zamanı Azərbaycan hərbçisi yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirib.

Anar Quliyev çıxışında ideoloji iş və mənəvi-psixoloji təminatın döyüş şəraitində mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, döyüşçülərin mənəvi hazırlığı, dövlətə və xalqa bağlılığı ordumuzun gücünü daha da artırıb. Anar Quliyev bildirib ki, Azərbaycan əsgəri hər zaman böyük ruh yüksəkliyi ilə irəli atılıb və qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib.

“Bu gün gənclərimiz qalib ölkənin vətəndaşlarıdır. Onlar Azərbaycanın qəhrəmanlıq tarixini bilməli, şəhidlərimizin göstərdiyi fədakarlığı heç zaman unutmamalıdırlar”, — deyə Anar Quliyev vurğulayıb.

Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi, ehtiyatda olan gizir Ramin Şirinov da döyüş xatirələrini iştirakçılarla bölüşüb. O bildirib ki, Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Şuşaya daxil olan dörd tankdan birinin komandiri olduğunu qeyd edən Ramin Şirinov döyüşlər zamanı ordumuzun nümayiş etdirdiyi birlik və peşəkarlıqdan danışıb.

Ramin Şirinov çıxışında qeyd edib ki, Azərbaycan əsgəri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük Zəfər yaşatdı. O bildirib ki, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı hər zaman böyük ehtiramla yad olunmalıdır.

Gəncləri maraqlandıran suallar Milli Qəhrəman və qazilər tərəfindən cavablandırılıb, gənclərlə fikir mübadiləsi aparılıb və xatirə şəkilləri çəkdirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni dinlənilib

Səbail Rayon İcra Hakimiyyətinin akt zalında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin a...
12/05/2026

Səbail Rayon İcra Hakimiyyətinin akt zalında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsində Şəhərsalma və memarlıq siyasəti” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Millət vəkilləri Nigar Arpadarai və Aydın Hüseynov, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və veteranları iştirak etmişlər.
İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olmuşlar.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-ideoloji xətti izləyərək son illərdə fövqəladə uğurlar qazanması faktının dahi Liderin şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiq etdiyini bildirmişdir. Möhtəşəm Qarabağ Zəfəri ilə ölkəmiz üçün yaranan yeni reallıqların, azad edilmiş ərazilərimizin bərpasının və inkişaf dövrünün Ümummilli Liderin Azərbaycan dövləti və xalqı üçün yazdığı milli dövlətçilik tariximizin ən şərəfli qürur səhifəsi olduğunu diqqətə çatdıran RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yüksəltdiyini qeyd etmişdir.
Daha sonra çıxış edən tədbir iştirakçıları müasir ölkə tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin əmanəti olan müstəqil Azərbaycanı və onun dövlətçilik salnaməsində yaratdığı bu irsi qoruyub saxlamağın hər birimizin şərəfli vəzifəsi olduğunu vurğulayaraq Ulu Öndərin ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən və bu dahi şəxsiyyətin tariximizdəki əvəzsiz rolundan geniş söhbət açmışlar.

Mayın 8-də 132-134 nömrəli liseydə Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü və görkəmli xalq şairi Səməd Vurğ...
09/05/2026

Mayın 8-də 132-134 nömrəli liseydə Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü və görkəmli xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Sözün və siyasətin zirvəsində Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbirdə liseyin müəllim və şagird kollektivi iştirak etmiş, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərindən, milli-mənəvi dəyərlərimizin qorunmasında göstərdiyi fəaliyyətdən bəhs olunmuşdur. Eyni zamanda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun yaradıcılığına xüsusi yer ayrılmışdır.
Şagirdlərin təqdimatında Ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunmuş, onun sevimli şeirlərindən biri olan Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilmişdir. Tədbir çərçivəsində musiqi nömrələri, rəqs kompozisiyaları, “Vaqif” dramından səhnəcik iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Çıxışlarda vurğulanmışdır ki, həm Heydər Əliyevi, həm də Səməd Vurğunu birləşdirən ən ali dəyər sonsuz Vətən sevgisi olmuşdur. Tədbirin sonunda Azərbaycan xalqının tarixi Zəfəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması xüsusi qürur hissi ilə qeyd edilmişdir.
Tədbir şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, milli ədəbi və siyasi irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb etmişdir.

08/05/2026

Mayın 7-də Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Address

Abbasqullu Abbaszadə 132
Baku
1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when YAP Səbail rayon təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share