20/09/2026
20 sentyabr — Azərbaycanın müasir tarixində mühüm iz qoymuş gündür.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının əsasını qoymaqla yanaşı, ölkəmizin iqtisadi inkişafında və beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ilə əsası qoyulan bu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın iqtisadi qüdrətinin və enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfələr verdi.
Bu gün 20 sentyabr həm də Azərbaycanın Dövlət Suverenliyi Günü kimi tariximizdə xüsusi məna daşıyır. Müasir Azərbaycanın inkişaf yolunda bu tarixin hər iki mühüm hadisəsi dövlətçilik, milli iradə və müstəqil siyasətin əhəmiyyətini bir daha nümayiş etdirir.