Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Dövlət müəssisəsi

Baş Prokurorluqda məişət zorakılığına qarşı mübarizə sahəsində təlim keçirilibAprelin 29-30-u tarixlərində Azərbaycan Re...
01/05/2026

Baş Prokurorluqda məişət zorakılığına qarşı mübarizə sahəsində təlim keçirilib

Aprelin 29-30-u tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində məişət zorakılığına qarşı mübarizə və uşaq hüquqlarının müdafiəsi sahəsində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları üçün “Məişət zorakılığı üzrə qanunvericiliyin tətbiqi təcrübəsi və aktual problemlər” mövzusunda təlim təşkil edilib.

Təlimdə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məhkəmə sədrləri, eləcə də Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təcrübəli müəllimləri çıxış ediblər.

Təlim çərçivəsində qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, uşaqların psixoloji müdafiəsi, insan alverinə qarşı mübarizə, həmçinin yetkinlik yaşına çatmayanların hüquqlarının təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda, məişət zorakılığı ilə bağlı işlər üzrə məhkəmə təcrübəsi, psixodiaqnostika, gender bərabərliyi, vətəndaş cəmiyyətinin rolu, eləcə də milli müdafiə mexanizmləri və erkən, məcburi nikahların qarşısının alınması məsələlərinə toxunulub.

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə mediatorlar üçün təşkil edilən silsilə təlimlərə sta...
28/04/2026

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə mediatorlar üçün təşkil edilən silsilə təlimlərə start verilib.

Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun inkişafı istiqamətində 28 aprel 2026-cı il tarixində mediatorlar üçün nəzərdə tutulmuş silsilə onlayn maarifləndirici təlimlərin ilk sessiyası uğurla həyata keçirilib.

Təlim Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunub. Seminarların əsas məqsədi mediatorların peşəkar bilik və bacarıqlarının artırılması, mediasiya prosesinin effektivliyinin yüksəldilməsi, barışıq sazişlərinin keyfiyyətinin artırılması, qarşıya çıxan məsələlərin hakimlər tərəfindən qanunvericiliyin tələblərinə uyğun istiqamətləndirilməsi və məhkəmələrlə mediasiya institutları arasında əməkdaşlığın gücləndirilməsidir.

ZOOM platforması üzərindən onlayn formatda təşkil olunan təlimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev aparıb. Təlimdə moderator qismində Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov iştirak edib.

Təlim zamanı mediatorlarla geniş və interaktiv müzakirələr keçirilib. Təlim mediatorların böyük marağına səbəb olmaqla yanaşı, onların mediasiya praktikasında rastlaşdıqları peşəkar hüquqi suallara dair dolğun məlumat əldə etməsinə imkan yaradıb. Mediatorların sualları cavablandırılıb, barışıq sazişlərinin keyfiyyətinin artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Seminar çərçivəsində Abbas Rzayev tərəfindən mediatorlara mülki məhkəmə icraatında mediasiyanın rolu, məhkəmə təcrübəsində aşkar edilən nöqsanlar və problemlər barədə geniş izah verilib, ətraflı fikir mübadiləsi aparılıb.

Bu kimi təlimlər Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mütəmadi olaraq keçiriləcəkdir.

17 aprel 2026-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasının həyətində ağacəkmə aksiyası həyata k...
17/04/2026

17 aprel 2026-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasının həyətində ağacəkmə aksiyası həyata keçirilmişdir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan aksiyada Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev , həmin məhkəmənin hakimləri və əməkdaşları iştirak edərək ərazidə çox sayda dekorativ güllər və ağaclar əkmişlər. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olmuşdur.

Sonda xatirə fotoşəkilləri çəkilmişdir.

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Xəzər Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Avr...
08/04/2026

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Xəzər Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Avropa İnsan Hüquqları Məhkəməsi və onun qərarları” mövzusunda təlim təşkil olunub.

Təlim sədr Abbas Rzayev tərəfindən keçirilib.

Təlim zamanı ədalətli məhkəmə araşdırması hüququnun əsas prinsipləri, bu sahədə mövcud beynəlxalq standartlar və Avropa Məhkəməsinin qərarlarının tətbiqi məsələləri nəzəri və praktiki yanaşmalar əsasında izah olunub. Eyni zamanda məhkəmə təcrübəsində bu qərarların rolu və hüquqi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda könüllülər mövzunun praktik tətbiqi ilə bağlı əsas məqamları daha aydın şəkildə mənimsəyiblər.

https://www.e-huquq.az/az/news/mehkeme/118313.html

08/04/2026
31/03/2026
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayevin Xalq qəzetin 13 mart 2026-cı il tarixli buraxılışında "Məhkəmə...
13/03/2026

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayevin Xalq qəzetin 13 mart 2026-cı il tarixli buraxılışında "Məhkəmə fəaliyyətində süni intellektin tətbiqi: rəqəmsal keçidin yeni mərhələsi" mövzusunda məqaləsi dərc olunmuşdur.

Xəzər Rayon Məhkəməsinin sədri tələbələrlə görüşdü.27 fevral 2026-cı il tarixində Bakı Dövlət Universiteti (BDU) Hüquq f...
27/02/2026

Xəzər Rayon Məhkəməsinin sədri tələbələrlə görüşdü.

27 fevral 2026-cı il tarixində Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Masterklass” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Tədbirin qonağı qismində Xəzər Rayon Məhkəməsinin sədri, uzun illər Hüquq fakültəsinin müəllimi olmuş Abbas Rzayev çıxış edib.
Görüş “Ədalətli məhkəmə araşdırması və Avropa Məhkəməsinin qərarları” mövzusuna həsr edilib.
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev hüquq təhsilində nəzəri biliklərlə yanaşı praktiki təcrübənin əhəmiyyətini xüsusi vurğulayıb. O, məhkəmə sistemində uzun illər fəaliyyət göstərən və elmi-pedaqoji fəaliyyətlə məşğul olan Abbas Rzayevin tələbələrlə birbaşa ünsiyyətinin onların peşəkar formalaşmasına mühüm töhfə verəcəyini bildirib.
Sonra çıxış edən Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti və Azərbaycanla bağlı qəbul etdiyi qərarların statistikası barədə ümumi məlumat verib. Bildirilib ki, Məhkəmə Konvensiya iştirakçısı dövlətlər tərəfindən insan hüquq və azadlıqlarına riayət olunmasına nəzarət edən beynəlxalq məhkəmə orqanıdır.
Çıxış zamanı Avropa Məhkəməsinə müraciət qaydaları və şərtləri, o cümlədən daxili məhkəmə instansiyalarının tükəndirilməsi prinsipi izah edilib. Eyni zamanda, Məhkəmənin struktur quruluşu, hakimlərin seçilmə qaydası və qərarların hüquqi mahiyyəti barədə məlumat verilib. Vurğulanıb ki, bu günün hüquqşünas tələbəsi sabahın hakimi, prokuroru, vəkilidir və bu baxımdan tələbələr tərəfindən Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi zəruridir.
Görüş çərçivəsində ədalətli məhkəmə araşdırmasının anlayışı, bu sahədə beynəlxalq normalar və işlərə ağlabatan müddətdə baxılması prinsipi ətrafında müzakirələr aparılıb, tədbir tələbələrin sualları ilə interaktiv şəkildə yekunlaşıb. Peşəkar və təcrübəli hakim Abbas Rzayevlə görüş tələbələrin böyük marağına səbəb olub və onların peşəkar hüquqşünas kimi formalaşmasına mühüm töhfə kimi qiymətləndirilib.

https://www.e-huquq.az/az/news/mehkeme/116351.html

Address

Bakı şəhəri, Xəzər Rayonu, Mərdəkan Qəsəbəsi, Telman 4
Baku
1044

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124543027

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri Xəzər Rayon Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı şəhəri Xəzər Rayon Məhkəməsi:

Share