19/05/2026
Bu gün Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaranmasından 4 il ötür.
HEQT Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılıb.
Ötən 4 il ərzində Mərkəz normativ hüquqi aktların keyfiyyətinin artırılması, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində uğurla fəaliyyət göstərib.
HEQT Mərkəzi olaraq gələcək fəaliyyətimizdə də peşəkar yanaşmamızı qoruyub saxlayaraq nizamnaməmizdən irəli gələn vəzifələri uğurla icra edəcəyimizə və daha böyük nailiyyətlərə imza atacağımıza inanırıq.