Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəsmi səhifəsinə xoş gəlmisiniz!
(2)

Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.Görüşdə hüquq-mühafizə və məhkəmə insti...
02/06/2026

Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.

Görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.

Qeyd olunub ki, bu təmaslar praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına, hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.

Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.

02/06/2026

İyunun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 1 qumbara, 2 tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Send a message to learn more

02/06/2026

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 1-də ümumi çəkisi 19,2 kiloqrama yaxın narkotik vasitə və 600 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Send a message to learn more

02/06/2026

Polis əməkdaşlarının iyunun 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Send a message to learn more

02/06/2026

İyunun 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Send a message to learn more

02/06/2026

- İyunun 1-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 129 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Send a message to learn more

01/06/2026

Bakıda motosiklet qaçıran və Sumqayıtda marketlərdən oğurluq edən şəxslər saxlanıldı

Paytaxtın Nəsimi rayonunda zərərçəkən polisə müraciət edərək “Tufan” markalı motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. İkitəkərli nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb.

Sumqayıt şəhərində isə müxtəlif vaxtlarda ayrı-ayrı iki marketdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı S.İsgəndərzadə və 43 yaşlı İ.Hüseynzadə də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Send a message to learn more

01/06/2026

Təmir işləri apardığı evdən 6000 dollar oğurlayan usta saxlanılıb

Paytaxtın Binəqədi rayonunda evlərdən birindən 6000 dollar nağd pul naməlum şəraitdə oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 51 yaşlı G.İsgəndərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun taladığı evdə bir müddət usta kimi çalışdığı da məlum olub.

Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə iki marketdən spirtli içki, tütün məmulatı və digər məhsulları oğurlamaqda şübhəli bilinən 48 yaşlı R.Hüseynov və 21 yaşlı A.Abbaslı da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalar aparılır.

Send a message to learn more

“Ağ ölümə” qarşı birlikdə mübarizə aparmalıyıqHacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəb...
01/06/2026

“Ağ ölümə” qarşı birlikdə mübarizə aparmalıyıq

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov narkotik maddələrin insan sağlamlığı və gələcəyi üçün ciddi təhlükə yaratdığını, bu bəlanın aludəçisinə çevrilən hər bir gəncin cəmiyyətdən uzaqlaşaraq həyatını məhv etdiyini bildirib.

Erkən nikahların fəsadları mövzusunda da çıxış edən şöbə rəisi, yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.

Address

Azərbaycan Pr. 7
Baku
AZ1005

Telephone

+994125909677

Alerts

Be the first to know and let us send you an email when Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category