Əmircan qəsəbə Mədəniyyət evi

Əmircan qəsəbə Mədəniyyət evi Əmircan qəsəbəsi E.Həsənov küçəsi 145
Telefon: (+99412) 4523591

Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir...
09/06/2015

Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq müdafiəsi günü bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Bu istiqamətdə hər il ənənəvi olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu il də 1 iyun tarixində İdarənin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Bakının Suraxanı rayonunda Heydər Əliyev parkında “Hər birimiz bir çiçək” adlı konsert proqramı təşkil edildi.

Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Afaq Bayramova konserti açıq elan edərək uşaqları bayram münasibətilə təbrik etdi. Daha sonra S.Bəhlulzadə adına Mədəniyyət Sarayının “Buta”, “İgidlər” rəqs qrupları,M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evinin "Günəş" rəqs qrupu və "Cəsurlar" rəqs kollektivi,Q.Abbasov adına Mədəniyyət Sarayının "Fidan" rəqs qrupu və “Buratino” rəqsi, 37 nömrəli Uşaq Musiqi Məktəbi İ.İsmayılov sazda ifa, Zığ qəsəbə Mədəniyyət evi T. Babayeva “Azərbaycan” mahnısı, Hövsan qəsəbə Mədəniyyət Sarayı “Əfsanə” rəqs qrupu, Əmircan qəsəbə Mədəniyyət evi dram dərnəyinin uşaqları, M.A.Əliyev adına Mədəniyyət evi F.Vəliyev “Sənsiz” mahnısı, Əmircan qəsəbə Mədəniyyət evinin gənc repçiləri, 3 nömrəli uşaq incəsənət məktəbinin skripkaçılardan ibarət qrupu, “8 mart” adına Mədəniyyət evinin “Azad” rəqs kollektivi və mədəniyyət müəssisələrində fəaliyyət göstərən ansamblların gənc solistlərinin çıxışı uşaqlar tərəfindən maraqla qarşılandı. Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqlar cizgi film qəhrəmanlarının göstərdikləri nömrələri maraqla izlədilər.

Sonda konsertə dəvət olunmuş tanınmış müğənnilərdən - Sevda Yəhyayeva, Nazim, Sevil və Sevinc bacıları, Zamiq, Emil Bədəlov çıxış etdi.

May ayının 26-da Suraxanı rayonu Heydər Əliyev adına parkda Əmircan qəsəbə mədəniyyət evi, S.Bəhlulzadə adına mədəniyyət...
27/05/2015

May ayının 26-da Suraxanı rayonu Heydər Əliyev adına parkda Əmircan qəsəbə mədəniyyət evi, S.Bəhlulzadə adına mədəniyyət sarayı və Suraxanı rayonunda yerləşən 87 saylı orta məktəb ilə birlikdə təşkil etdiyimiz 28 May Respublika gününə həsr olunmuş konsert proqramı ilə çıxış etdik.
Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.
Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Sonra səhnəyə 87 saylı orta məktəbin 1-ci sinif şagirdləri “Azərbaycana” aid şerlər söylədilər. Rəqslər ifa etdilər.
Əmircan qəsəbə mədəniyyət evinin “Family code dance crew” rəqs qrupu, gənc reper Kənan Məmmədov, S.Bəhlulzadə adına mədəniyyət sarayının “Igidlər” rəqs qrupu, “Dəcl uşaqlar” rəqs qrupu çıxış etdilər.
Konsertdə qonaq qismində Suraxanı rayonu İcra Hakimiyyətindən nümayəndələr və Suraxanı rayonunda yerləşən orta məktəblərin şagird və müəllim kollektivi iştirak etdilər.

Address

Bakı şəhəri
Bakı Şəhəri

Telephone

+994124523591

Website

Alerts

Be the first to know and let us send you an email when Əmircan qəsəbə Mədəniyyət evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share