22/11/2025
Ədəbiyyatımıza ağır itki oldu. Allah rəhmət eləsin
Fələk yelə verdi insan karvanın,
Hərəsin bir yana çəkib apardı.
Bir ömür rəngbərəng bəzədi onu,
Sonda ağ əskiyə büküb apardı.
Hər insan yaşadı ölüm anını,
Qəflətən Əzrail kəsdi yanını,
Kiminin yuxuda aldı canını,
Kiminin qanını töküb apardı.
Dünya Tanrılığa cəhd eləyənin,
Halal deyə-deyə haram yeyənin,
Sinəsinə döyüb “mən-mən” deyənin,
Cəmdəyin torpaga əkib apardı.
Allah hikmətinə kor baxanların,
Xalqın sətvətinə xor baxanların,
Haqqa gözlərində tor baxanların,
Fələk torbasını tikib apardı.
Arif, sən də öldün, başladı adət,
Bir az qurdalanıb getdi cəmaət,
Bircə çadır qaldı yasdan əlamət,
Onu da sahibi söküb apardı.
Arif Buzovnalı