Qubadlı r-nu F.İ.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi

Qubadlı r-nu F.İ.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi Qubadlı rayonu F.Mehdiyev adına Qaralar kənd tam orta məktəb

02/06/2026
01/05/2026

Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı maarifləndirici tədbirlər məktəbimizdə davam edir.
Bu dəfə 7A sinfində coğrafiya müəllimi Yeganə Şəfiyevanın təşkilatçılığı ilə şagirdlər üçün maarifləndirici dərs keçirildi. Dərsin məqsədi şagirdlərin şəhərsalma, dayanıqlı inkişaf və müasir şəhərlərin formalaşdırılması ilə bağlı biliklərini artırmaq, onların bu sahəyə marağını gücləndirmək idi.
Şagirdlərə Ümumdünya Şəhərsalma Forumunun məqsədi, beynəlxalq əhəmiyyəti, şəhərlərin inkişafında oynadığı rol və gələcəyin yaşana bilən şəhərlərinin qurulmasına verdiyi töhfələr haqqında ətraflı məlumat verildi.
İnteraktiv şəkildə təşkil olunan dərsdə şagirdlər mövzu ətrafında fəal müzakirələr apardılar, suallar səsləndirdilər və şəhərsalmanın cəmiyyətin inkişafındakı əhəmiyyətini daha yaxından öyrəndilər.
Bu cür maarifləndirici tədbirlər şagirdlərin dünyagörüşünün genişlənməsinə, qlobal məsələlərə həssas yanaşmasına və gələcəyə daha məsuliyyətli baxış formalaşdırmasına mühüm töhfə verir.

30/04/2026
Məktəbimizdə  valideyn konfransları təşkil edilir. "Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması" , "Sün...
29/04/2026

Məktəbimizdə valideyn konfransları təşkil edilir.

"Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması" , "Süni intellektdən istifadə və kibertəhlükəsizlik" , "Valideyn - məktəb əməkdaşlığının vacibliyi" mövzularında valideyn konfransı keçirildi. Mövzular ətrafında qarşılıqlı müzakirələr aparıldı. Valideyn konfransının keçirilməsində məqsəd uşağın hərtərəfli inkişafını təmin etmək üçün təhsil müəssisəsi ilə ailə arasında əməkdaşlığı gücləndirmək, məktəbdə sosial, psixoloji və emosional mühitin yaxşılaşdırılmasına nail olmaqdır.

"Tanınmış şəxsiyyətlər təqvimi" çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş ədəbi-bədii kompozisi...
03/04/2026

"Tanınmış şəxsiyyətlər təqvimi" çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş ədəbi-bədii kompozisiya
Məktəbimizdə Azərbaycan professional musiqisinin banisi, görkəmli dramaturq və ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Məktəbin Biologiya müəllimi Süleymanova Aynurə 9-cu sinif şagirdləri ilə “Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” m...
02/04/2026

Məktəbin Biologiya müəllimi Süleymanova Aynurə 9-cu sinif şagirdləri ilə “Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda praktiki məşğələ keçirmişdir. “Bir günüm necə sağlam ola bilər?” adlı fərdi plan tərtib edilmişdir.

Məktəbin Biologiya müəllimi Sevda Cəfərova 8-ci sinif şagirdləri ilə praktiki məşğələlər keçirmişdir. Məşğələdə “Doğru v...
02/04/2026

Məktəbin Biologiya müəllimi Sevda Cəfərova 8-ci sinif şagirdləri ilə praktiki məşğələlər keçirmişdir. Məşğələdə “Doğru və yanlış gigiyena” adlı plakat hazırlanmış, “Gündəlik gigiyena vərdişləri” mövzusunda qrup işi təşkil edilmişdir.

Şahmatçımız - 6a sinif şagirdi Soltanlı Abbas Xəzər rayon turnirində 1-ci yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edi...
02/03/2026

Şahmatçımız - 6a sinif şagirdi Soltanlı Abbas Xəzər rayon turnirində 1-ci yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

"Alibəyli Open Judo Kids II" beynəlxalq turnirində 26-28 fevral 2026-cı il tarixlərində keçirilən yarışda 50 kq çəki ilə...
02/03/2026

"Alibəyli Open Judo Kids II" beynəlxalq turnirində 26-28 fevral 2026-cı il tarixlərində keçirilən yarışda 50 kq çəki ilə 1-ci yeri qazanan 10-cu sinif şagirdimiz İmanlı İbrahim Firdovsi oğlunu təbrik edirik.
Yarış "Sərhədçi" İdman Mərkəzində baş tutub və orada Azərbaycanla yanaşı, Özbəkistan və Qırğızıstan kimi 10-dan çox ölkənin gənc cüdoçuları mübarizə aparıb.

Address

Bakı şəhəri
Bakı Şəhəri
S.ƏLIYEVKÜÇƏSI

Telephone

+994124586458

Website

Alerts

Be the first to know and let us send you an email when Qubadlı r-nu F.İ.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share