Zaqatala rayon Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu

Zaqatala rayon Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaqatala rayon Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu, Government Organization, Azərbaycan, Azərbaycan.

Cari ilin 14 oktyabr tarixində Zaqatala rayonunda MEMM-in təşkilatçılığı ilə gənc mədəniyyət işçiləri arasında növbəti d...
17/10/2016

Cari ilin 14 oktyabr tarixində Zaqatala rayonunda MEMM-in təşkilatçılığı ilə gənc mədəniyyət işçiləri arasında növbəti debatlar təşkil olunmuşdur.
Zaqatala rayon Heydər Əliyev mərkəzində təşkil olunmuş debatlarda eyni zamanda Qax və Balakən rayonlarının mədəniyyət işçiləri də iştirak etmişdir. Debatların əsas müzakirə mövzusu “Mənim peşəkar mədəniyyət işçisi olmağıma mane olan səbəblər”olmuşdur.
Tədbiri açan Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva debat iştirakçılarını salamlayaraq mədəniyyət sahəsində rayonda görülən işlər haqqında geniş məlumat vermiş və daha böyük uğurlara nail olunmasında gənclərin böyük rolunu qeyd etmişdir.
Debatlar zamanı, ölkəmizdə aparılan mədəniyyət siyasətinin xüsusiyyətlərini və strateji prioritetlərini bildirən Mərkəzin direktoru Asif Usubəliyev, mədəniyyət sahəsinin yerlərdə nüfuzunun və mədəniyyət işçilərinin peşəkarlıq dərəcəsinin artırılmasının zəruriliyini vurğulamışdır.
Ətraflı müzakirələr şəklində keçirilmiş debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdığı çətinlikləri qeyd etmiş və onların həlli istiqamətində hər bir gənc mədəniyyət işçisinin fərdi qaydada peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinin zəruriliyini bildirmişlər.

09/06/2016
Zaqatala rayon Mədəniyyət Mərkəzinin Xalq teatrında görkəmli         yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Vicdanın h...
27/05/2016

Zaqatala rayon Mədəniyyət Mərkəzinin Xalq teatrında görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Vicdanın hökmü” adlı iki hissəli dram əsərinə daxili baxış olub. Vətənpərvərlik mövzusunda olan bu əsərə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Xalq teatrının rejissoru Bayram Qurbanov quruluş verib. Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və qəhrəmancasına döyüşlərdə həlak olmasından bəhs edir. Tamaşanın əsas ideyası igid əsgərlərimizin mənfur ermənilərin törətdikləri vandalizmə qarşı ayıq-sayıq olmağa və döyüşlərdə iştirak etməyə çağırır. Baş qəhrəman Rəhim rolunda Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Müqəddəs Yekayev, ana rolunda Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Fəridə Aslanova, Aslan rolunda rejissor Bayram Qurbanov, digər rollarda Kənan Şəkərov, Fərid Əzimov, Günel Mehdiyeva, Şahin İsayev, Sərxan Boranlı, Qaragöz Məmmədova, Hicran Hüseynzadə, Havva Əliyeva, Gülşad Xəlilova çıxış ediblər. Tamaşa iyun ayında ictimaiyyət nümayəndələrinin ixtiyarına veriləcək.

15 may “Beynəlxalq Muzeylər günü” münasibəti ilə Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsində tədbir keçirilmişdir. Təd...
18/05/2016

15 may “Beynəlxalq Muzeylər günü” münasibəti ilə Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsində tədbir keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva, məsləhətçisi Səfər Ramazanov,Tarix-Diyarşünaslıq muzeyinin, Tarix-Mədəniyyət qoruğunun, Rəsm qalereyasının əməkdaşları, Tarixi abidələrin mühafizəçiləri və rayon Veteranlar şurasının sədri Ənvər Kərimov iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Zümrüd Ağakişiyeva muzey işçilərini bayram münasibəti ilə təbrik etmiş, daha sonra isə “Beynəlxalq Muzeylər günü və qədim muzeylərin yaranması haqqında”, “Mədəni sərvətlərimizin saxlanc yerləri və respublikada olan muzeylərin bu günü”, “Rayon Tarix-Diyarşünaslıq muzeyi haqqında”, “Məktəblilərin muzey tipli müəssisələrə cəlb olunması istiqamətində görülən işlər”, “KİV-də Zaqatala muzeylərinin fəaliyyətinin işıqlandırılması” mövzusunda məruzələr dinlənilmişdir. Rayon Veteranlar şurasının sədri Ənvər Kərimov çıxış edərək rayonda mədəniyyətin inkişafından, tariximizin yaşadılmasında muzeylərin rolundan söz açmışdır. Sonda tədbir iştirakçıları Tarix-Diyarşünaslıq muzeyinə baxış keçirmişdir.

06/05/2016

Zaqatala Mərkəzi kitabxanası son 10 ildə

Zaqatala rayon gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun növbəti tədbiri Gürcüstan mədəniyyətinə həsr ol...
13/04/2016

Zaqatala rayon gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun növbəti tədbiri Gürcüstan mədəniyyətinə həsr olunub. Qrupun üzvü Məmmədov Aqşinin təqdimatında Gürcüstan mədəniyyəti, tarixi abidələri, turizm imkanları, mətbəxi, adət-ənənələri, milli dəyərləri haqqında məlumat verilib. Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.

Zaqatala rayon gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun növbəti tədbiri keçirilib. Tədbir ilaxır çərşən...
15/03/2016

Zaqatala rayon gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun növbəti tədbiri keçirilib. Tədbir ilaxır çərşənbəyə təsadüf etdiyindən Azərbaycan mədəniyyətinə, Novruz adət-ənənələrinə həsr olunub. Qrupun fəal üzvləri Şahzadə Məmmədova və Anar Ismayılovun ifasında “Dağlar gözəli” rəqsi nümayiş olunub. Fidan Ramazanova, Səmra Əhmədova, Əsmər Eminova fortopianoda S.Rohani – Ozras dans, İ.İvanoviç – Dunay dalğaları valsı, T.Quliyev – sənədə qalmaz musiqilərini ifa etmişlər. Daha sonra Novruz adətlərindən bəhs edən videoçarxa baxılıb, Novruz tamaşaları, inancları, adət-ənənələri barədə danışılıb.

14/03/2016
Zaqatala rayon “Gənc mədəniyyət işçilərinin kooordinasiya kreativ” qrupunun dunya xalqlarının mədəniyyətinə həsr etdiyi ...
09/03/2016

Zaqatala rayon “Gənc mədəniyyət işçilərinin kooordinasiya kreativ” qrupunun dunya xalqlarının mədəniyyətinə həsr etdiyi tədbirlər davam edir. Rusiya həsr olunan bu tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzin əməkdaşı Fərhad Abdulov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Rayon Mədəniyyət Mərkəzinin direktoru Fərhad Abdurahmanov və qrupun üzvləri iştirak ediblər. Qrupun üzvü Ramazanova Fidan Rusiyanın tarixi, şəhərləri, bayram və festivalları, muzey və teatrları, musiqiçiləri və ədəbiyyat xadimləri, sənətkarlıq nümunələri, mətbəxi haqqın, Leyla Məmmədova isə rus ədəbiyyat haqqında məlumat verib. Tədbirdə Rusiya ilə bağlı müxtəlif məlumatlara dair müzakirələr aparılıb.
Məlumat üçün qeyd edək ki, növbəti tədbir axır çərşənbəyə təsadüf edəcəyindən Azərbaycan mədəniyyətinə və adət-ənənələrinə həsr olunacaq

Zaqatala rayon “Gənc mədəniyyət işçiləri koordinasiya kreativ qrupunun” növbəti tədbiri keçirilmişdir. Rayon Mədəniyyət ...
02/03/2016

Zaqatala rayon “Gənc mədəniyyət işçiləri koordinasiya kreativ qrupunun” növbəti tədbiri keçirilmişdir. Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir İtaliya mədəniyyətinə həsr olunub. Qrupun üzvləri Leyla Məmmədova və Əsmər Eminovanın təqdimatında İtaliya mədəniyyəti və incəsənəti, turizmi, məşhur şəhərləri, adət-ənənələri, mətbəxi, incəsənət xadimləri, görməli yerləri və.s haqqında məlumat verilib. Məşhur İtalyan bəstəkarı Gioachino Rossininin 225 illiyi ilə əlaqədar olaraq bəstəkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Qrupun daha bir fəal üzvu Ülkər Eminovanın Romaya həsr etdiyi rəsm əsəri və hazırladığı Roma Kolizeyinin maketi hər kəs tərəfindən maraqla qarşılanıb.Tədbirdə həmçinin Toto Kutugno – italiano, Luciano Pavarotti- o sele mio, Al bano & Romina Pover – felicita musiqiləri səsləndirib. Tədbir od çərşənbəsinə təsadüf etdiyindən Rayon Mədəniyyət Mərkəzinin qarşısında quraşdırılmış tonqal ətrafında şənliklə davam edib, müxtəlif rəqslər nümayiş etdirilib. Rayon əhalisinin marağına səbəb olan tədbir geniş insan kütləsini cəlb edib və axşam saatlarınadək davam edib.

Zaqatala rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri şəhər İnternat məktəbində Xocalı soyq...
25/02/2016

Zaqatala rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri şəhər İnternat məktəbində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdirlər. Məktəbin direktoru giriş sözü ilə tədbiri açmış, faciədə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Xocalı soyqırımı haqqında məlumat verilmiş, şagirdlərin ifasında şeir kompoziyası dinlənilmiş, daha sonra məktəbin şagirdi, Heydər Əliyev Mərkəzinin dərnək üzvü, kreativ qrupun üzvləri vətənpərvərlik ruhunda mahnılar ifa etmişdirlər. Tədbirin sonunda “Xoca” filmi nümayiş olunmuşdur.

24 Fevral 2016 – cı il tarixində Zaqatala  rayon Nizami  Gəncəvi adına Mərkəzi Kitabxanasında “Multikulturalizm dövlət  ...
25/02/2016

24 Fevral 2016 – cı il tarixində Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi Kitabxanasında “Multikulturalizm dövlət siyasətinin ən yaxşı modellərindəndir” mövzusunda seminar müşavirə keçirilmişdir. Tədbirdə rayon Icra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, əməkdar mədəniyyət işçisi Bayram Qurbanov, kitabxana işçiləri və oxucular iştirak edirdilər. Tədbiri giriş sözü ilə Gülniyar xanım Məmmədova açdı. Daha sonra “Azərbaycanda yaşayan azsaylı xalqlara dövlət dəstəyi” mövzusunda slayda baxış keçirildi. “Azərbaycanda multikulturalizmin formalaşmasında Ümummilli lider H.Əliyevin rolu” mövzusunda informasiya texnologiyaları üzrə mütəxəssis Leyla Məmmədova, “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş” mövzusunda informasiya-resurs şöbəsinin müdiri Leyla Mustafayeva, “Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin öyrənilməsi və yaşadılmasının Azərbaycan modeli” mövzusunda Abonoment bölməsinin müdiri Məmləkət Ömərova, “Tolerantlıq – onun Azərbaycanda inkişafı” mövzusunda baş biblioqraf Yasəmən Məmmədova, “Azərbaycan ədəbiyyatında multikulturalizm ideyaları” mövzusunda xidmət şöbəsinin müdiri Nüşabə Əfəndiyeva məruzələrlə çıxış etdilər. Tədbirin sonunda Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva və RİH-nin ictimai-siyasi, humanitar məsələlər şöbəsində böyük məsləhətçisi İlqar Vəliyev çıxış edərək multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini, Prezident İlham Əliyevin bu ilin “Multikulturalizm ili” elan etməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdilər və tədbirin təşkilatçılığını yüksək qiymətləndirdilər.

Address

Azərbaycan
Azərbaycan
AZ6200

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share