Şəmkir rayon Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxs

Şəmkir rayon Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxs Şəmkir şəhər kimya və biologiya təmayüllü lisey
Publik Hüquqi Şəxsi

🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü🎈Şəmkir Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin b...
01/06/2026

🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü🎈

Şəmkir Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə liseyimizin şagirdləri də fəal iştirak ediblər.

Tədbir çərçivəsində şagirdlərimizin hazırladıqları əl işləri və layihələrdən ibarət stend nümayiş olunub, onların yaradıcılıq və bacarıqları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Eyni zamanda liseyimizin şagirdlərinin təqdim etdiyi rəqs nömrəsi tədbirə xüsusi rəng qatıb.

Tədbirin sonunda 2025–2026-cı tədris ili ərzində müxtəlif sahələrdə uğur qazanan şagirdlər mükafatlandırılıb. Liseyimizin Respublika Fənn Olimpiadalarında (RFO) qalib olan şagirdləri də əldə etdikləri yüksək nailiyyətlərə görə fəxri fərman və təşəkkürnamələrlə təltif ediliblər.

Şagirdlərimizi qazandıqları uğurlara görə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!

hayranlar

🇦🇿 28 May — xalqımızın azadlıq və istiqlal yolunun başlanğıcı, milli qürurumuzun simvoludur!Liseyin tarix müəllimi Bəhər...
28/05/2026

🇦🇿 28 May — xalqımızın azadlıq və istiqlal yolunun başlanğıcı, milli qürurumuzun simvoludur!

Liseyin tarix müəllimi Bəhərçin Rüstəmli tərəfindən 10B sinifdə Azərbaycan Tarixi dərsində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş xüsusi və yadda qalan dərs təşkil olunub.

Dərs zamanı şagirdlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, müstəqilliyimizin əhəmiyyəti və dövlətçilik ənənələrimiz haqqında geniş araşdırmalar apararaq təqdimatlarla çıxış ediblər. Mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb, tarixi faktlar və milli dəyərlərimiz bir daha diqqət mərkəzində olub.

Xüsusilə Səbinə Namazova, Vüsal Eyniyev və Məhəmmədəli İbrahimli hazırladıqları xüsusi araşdırmalar, təqdimatlar və səsləndirdikləri şeirlərlə dərsə fərqli ab-hava qataraq böyük maraq yaradıblar. Şagirdlərimizin çıxışları həm müəllim, həm də sinif yoldaşları tərəfindən maraqla qarşılanıb.

Dərsin sonunda müəllim və şagirdlərin birgə xatirə fotosu çəkilib. Bu mənalı gün həm maarifləndirici, həm də vətənpərvərlik ruhunu aşılayan xüsusi anlarla yadda qalıb. 🇦🇿

🇦🇿

24/05/2026

Valideyn sevgisinin hiss olunduğu ən gözəl axşamlardan biri…

Liseyimizdə təhsil alan və yataqxanada qalan şagirdlərimiz bu dəfə dərsdən sonra valideynləri ilə birlikdə xoş vaxt keçiriblər. Söhbət, gülüş, birlik və sonda oynanan voleybol oyunu günə ayrı bir enerji qatıb. 🏐✨

Uzaqda olsalar da, ailə sevgisini hiss etmək uşaqlar üçün ən böyük motivasiyadır. Bu gözəl axşam da məhz o hisslərlə yadda qaldı. 💫

hayranlar

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş voleybol yarışının qaliblərinin təltif olunma məras...
21/05/2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş voleybol yarışının qaliblərinin təltif olunma mərasimi keçirilib. 🏐🎖️

🥇 I yer — Şəmkir komandası
🥈 II yer — Yeraltı komandası
🥉 III yer — Qaliblər komandası

Qalib komandalar diplom və mükafatlarla təltif olunaraq onların əzmkarlığı və komanda ruhu xüsusi qeyd olunub. 👏✨

Təltifetmə mərasimində yarışın təşkilində əməyi keçən fiziki tərbiyə müəllimləri Kamil Məmmədov və Yunis Sultanzadəyə təşəkkür bildirilib.

Qalibləri təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq! 🎉🏆

📍 Dövlət İmtahan Mərkəzi tərəfindən 05 aprel 2026-cı il tarixində keçirilmiş IX sinif buraxılış imtahanında 231–238 bal ...
20/05/2026

📍 Dövlət İmtahan Mərkəzi tərəfindən 05 aprel 2026-cı il tarixində keçirilmiş IX sinif buraxılış imtahanında 231–238 bal aralığında nəticə göstərən şagirdlərimizi təqdim edirik. 🎓✨

🌟 Yüksək nəticə göstərən şagirdlərimiz:

🔹 Humay Əşrəfli — 238 bal
🔹 Fərid İsmayılov — 236 bal
🔹 Nərmin Cəfərova — 235 bal
🔹 Aylana Ələkbərova — 233 bal
🔹 Məhəmməduğur Qəhrəmanlı — 231 bal

👏 Şagirdlərimizi, onların valideynlərini və əməyi keçən müəllimlərimizi ürəkdən təbrik edir, gələcək imtahanlarda daha böyük uğurlar arzulayırıq!

🏫 Şəmkir Şəhər Kimya və Biologiya Təmayüllü Liseyi

📍 Dövlət İmtahan Mərkəzi tərəfindən 05 aprel 2026-cı il tarixində keçirilmiş IX sinif buraxılış imtahanında 237–251 bal ...
19/05/2026

📍 Dövlət İmtahan Mərkəzi tərəfindən 05 aprel 2026-cı il tarixində keçirilmiş IX sinif buraxılış imtahanında 237–251 bal aralığında nəticə göstərən şagirdlərimizi təqdim edirik. 🎓✨

🌟 Yüksək nəticə göstərən şagirdlərimiz:

🔹 Tünar Rüstəmli — 251 bal
🔹 Nəzrin Kazımova — 242 bal
🔹 Gülay Allahverdiyeva — 239 bal
🔹 Banu Salmanova — 238 bal
🔹 Cavanşir Xudaverdiyev — 237 bal

👏 Şagirdlərimizi, onların valideynlərini və əməyi keçən müəllimlərimizi ürəkdən təbrik edir, gələcək imtahanlarda daha böyük uğurlar arzulayırıq!

🏫 Şəmkir Şəhər Kimya və Biologiya Təmayüllü Liseyi

🏆 “H2 Grand Prix” Turnirində Uğur! 🚀🚀 Liseyimizin şagirdləri Əli Mahmudov, Amin Rüstəmov və Ayxan Pənahlı mentor müəllim...
15/05/2026

🏆 “H2 Grand Prix” Turnirində Uğur! 🚀

🚀 Liseyimizin şagirdləri Əli Mahmudov, Amin Rüstəmov və Ayxan Pənahlı mentor müəllimləri Ülkər Cəfərovanın rəhbərliyi ilə 14 may 2026-cı il tarixində 📍 Bakı Kristal Zalında keçirilən “H2 Grand Prix” Azərbaycan turnirində uğurla iştirak ediblər. ✨

🏆 Komandamız innovativ ideya və layihələri ilə fərqlənərək “Innovation 1st” nominasiyasına layiq görülüb. 👏💡

🌍 STEAM Azərbaycanın təşkilatçılığı ilə keçirilən beynəlxalq mühəndislik yarışında iştirakçılar hidrogen enerjisi ilə işləyən avtomobillər üzərində bilik və bacarıqlarını nümayiş etdiriblər.

👏 Şagirdlərimizi və mentor müəllimlərini təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq! 🚀✨

📍 Dövlət İmtahan Mərkəzi tərəfindən 05 aprel 2026-cı il tarixində keçirilmiş IX sinif buraxılış imtahanında 251–260 bal ...
15/05/2026

📍 Dövlət İmtahan Mərkəzi tərəfindən 05 aprel 2026-cı il tarixində keçirilmiş IX sinif buraxılış imtahanında 251–260 bal aralığında nəticə göstərən şagirdlərimizi təqdim edirik. 🎓✨

🌟 Yüksək nəticə göstərən şagirdlərimiz:

🔹 Kifayət Abbasova — 260 bal
🔹 Nigar Əliyeva — 258 bal
🔹 Murad Sadıqov — 255 bal
🔹 Mələk Atayeva — 252 bal
🔹 Ziyəddin Cəfərov — 251 bal

👏 Şagirdlərimizi, onların valideynlərini və əməyi keçən müəllimlərimizi ürəkdən təbrik edir, gələcək imtahanlarda daha böyük uğurlar arzulayırıq!

🏫 Şəmkir Şəhər Kimya və Biologiya Təmayüllü Liseyi

hayranlar

📍 Dövlət İmtahan Mərkəzi tərəfindən 05 aprel 2026-cı il tarixində keçirilmiş IX sinif buraxılış imtahanında 260–263 bal ...
14/05/2026

📍 Dövlət İmtahan Mərkəzi tərəfindən 05 aprel 2026-cı il tarixində keçirilmiş IX sinif buraxılış imtahanında 260–263 bal aralığında nəticə göstərən şagirdlərimizi təqdim edirik. 🎓✨

🌟 Yüksək nəticə göstərən şagirdlərimiz:

🔹 Səməd Səmədli — 263 bal
🔹 Fatimə Həsənova — 262 bal
🔹 Mədinə Xəlilova — 262 bal
🔹 Yusif Abdullayev — 261 bal
🔹 Məhəmməd Qurbanlı — 260 bal

👏 Şagirdlərimizi, onların valideynlərini və əməyi keçən müəllimlərimizi ürəkdən təbrik edir, gələcək imtahanlarda daha böyük uğurlar arzulayırıq!

🏫 Şəmkir Şəhər Kimya və Biologiya Təmayüllü Liseyi

hayranlar

📍 Şəmkir şəhər Kimya və Biologiya Təmayüllü Liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində yüksək nəticə göstərərə...
14/05/2026

📍 Şəmkir şəhər Kimya və Biologiya Təmayüllü Liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıblar. 👏📚

🎓 Final mərhələsinə yüksələn şagirdlərimizin sayı:

🧬 Biologiya — 11 nəfər

⚛️ Fizika — 4 nəfər

🌿 Təbiət — 4 nəfər

🧪 Kimya — 1 nəfər

📐 Riyaziyyat — 1 nəfər

💻 İnformatika — 1 nəfər

🏅 Ümumilikdə 22 şagirdimiz final mərhələsində iştirak edəcək.

👏 Şagirdlərimizi, onların valideynlərini və əməyi keçən müəllimlərimizi ürəkdən təbrik edir, final mərhələsində hər birinə uğurlar arzulayırıq! 🌟

📖 “Bilik gələcəyimizdir!”

Address

N. Narimanov Street 3, Dallar Sett AZ5715 Annenfel'd
Annenfel'd
AZ5700

Telephone

+994506287225

Website

Alerts

Be the first to know and let us send you an email when Şəmkir rayon Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share