Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

04 iyun 2026 -cı il Şəhid Nicat Hüseynovun ailəsi ziyarət olunub. ​Vətən müharibəsinin qəhrəman şəhidi Nicat Hüseynovun ...
04/06/2026

04 iyun 2026 -cı il Şəhid Nicat Hüseynovun ailəsi ziyarət olunub.
​Vətən müharibəsinin qəhrəman şəhidi Nicat Hüseynovun doğum günü münasibətilə Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov şəhidimizin ailəsini evində ziyarət edib. Səmimi çay süfrəsi arxasında keçən görüşdə qəhrəmanımızın əziz xatirəsi ehtiramla yad olunub, onun keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi şücaətdən bəhs edilib.
​Zahir Qəhrəmanov şəhid ailələrinin dövlətimiz və partiyamız üçün hər zaman ən ali diqqət mərkəzində olduğunu vurğulayaraq, Nicat kimi oğulların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. Şəhidimizin ailəsi də hər zaman onlara göstərilən xüsusi qayğıya və bəslənən sonsuz ehtirama görə dərin minnətdarlıqlarını ifadə ediblər.
​Şəhidlərimizin bizə əmanəti olan ailələri hər zaman qürur və hörmət ünvanımızdır. Ruhun şad olsun, uca Şəhidimiz!

04 iyun 2026-cı il tarıxində Şirvan  Şəhərində Şəhid Nicat Hüseynovun doğum günü ehtiramla anıldı. Xalqımızın qürur mənb...
04/06/2026

04 iyun 2026-cı il tarıxində Şirvan Şəhərində Şəhid Nicat Hüseynovun doğum günü ehtiramla anıldı.
Xalqımızın qürur mənbəyi olan 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Nicat Hüseynovun doğum günü münasibətilə Şirvan şəhər Şəhidlər xiyabanında məzarı ziyarət olunub. Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatının təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları, "Şirvan Araz zavodu" MMC-nin direktoru Təbriz Cəbrayılov, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
​Ziyarət zamanı qəhrəmanımızın unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarı üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər Nicat Hüseynovun keçdiyi şərəfli döyüş yolundan, nümayiş etdirdiyi şücaətdən bəhs edərək, onun kimi gənclərin sayəsində tarixi ədalətin və ərazi bütövlüyümüzün bərpa olunduğunu xüsusi vurğulayıblar. Şəhidimizin ailəsi hər zaman onlara göstərilən dövlət qayğısına və xatirəsinə bəslənən sonsuz ehtirama görə minnətdarlıqlarını bildiriblər.
​Vətən naminə canından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Doğum günün mübarək, ruhun şad olsun, uca Şəhidimiz!

YAP Şirvan şəhər təşkilatında yubilyar partiya veteranları təbrik edilib. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkila...
03/06/2026

YAP Şirvan şəhər təşkilatında yubilyar partiya veteranları təbrik edilib.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında partiyanın ictimai-siyasi həyatında, eləcə də şəhərin sosial-mədəni mühitində fəal iştirakı ilə seçilən üzvlərimizlə görüşlər və onların əlamətdar günlərinin diqqətdə saxlanılması gözəl bir ənənəyə çevrilmişdir.
Bu xoş ənənəyə uyğun olaraq, YAP Şirvan şəhər təşkilatının sədri tərəfindən partiyanın sadiq və fədakar veteranları — Quliyev Malik Ulduz oğlu və Saqıyev Akif Fərzulla oğlu yubileyləri münasibətilə partiya təşkilatına dəvət olunmuş, onlara xüsusi diqqət və ehtiram göstərilmişdir.
Görüş zamanı hər iki partiya veteranının partiyamızın regional miqyasda apardığı ideoloji işlərdəki rolu, dövlətçilik xəttinə sadiqliyi yüksək qiymətləndirilmiş və yubileyləri münasibətilə səmimi təbriklər çatdırılmışdır. Nümunəvi fəaliyyətləri ilə gənc partiya üzvlərinə örnək olan veteranlarımız Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin tərəqqisi naminə göstərdikləri xidmətlərdə yeni müvəffəqiyyətlər, möhkəm cansağlığı və uzun ömür arzulanmışdır.
YAP Şirvan şəhər təşkilatının böyük ailəsi adından Quliyev Malik Ulduz oğlunu və Saqıyev Akif Fərzulla oğlunu bir daha ürəkdən təbrik edir, onlara ailə səadəti və tükənməz fəaliyyət enerjisi arzulayırıq!

03/06/2026

Xəbərlər Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir 03 İyun 2026    10:50 Heydər Əsədov Milli Məclisin deputatı Prezident İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq ...

01 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının Energetik küçəsi 14 ünvanında yerləşən ...
02/06/2026

01 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının Energetik küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatında (Şirvan şəhər Uşaq Musiqi Məktəbi), Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Şirvan şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı konsert proqramı keçirilib.
Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Uşaq Musiqi Məktəbinin direktoru Əbülfət İsmayılov, idarə və müəssisələrin kollektivləri, eləcə də məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Konsert proqramını giriş sözü ilə açan Şirvan şəhər Uşaq Musiqi Məktəbinin direktoru Əbülfət İsmayılov tədbir iştirakçılarını salamlayaraq uşaqların cəmiyyətin gələcəyi olduğunu, onların sağlam, bilikli və vətənpərvər ruhda yetişdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, uşaqlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.
Daha sonra tədbirin aparıcısı Nigar Məlikzadə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin uşaqlara və gənc nəslin inkişafına hər zaman xüsusi həssaslıqla yanaşdığını, onların təhsili, sağlamlığı və hərtərəfli inkişafı üçün mühüm addımlar atdığını qeyd edib. Bildirilib ki, bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə uşaqların rifahının yüksəldilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
Ardınca konsertin bədii hissəsinə start verilib. Şagird və müəllim kollektivləri tərəfindən təqdim olunan rəngarəng musiqi nömrələri, milli musiqi ifaları və səhnə çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbirin bədii hissəsi yüksək əhval-ruhiyyə və səmimi atmosferdə keçib.
Bədii hissədən sonra çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ölkəmizdə hər il geniş şəkildə qeyd olunmasının, uşaqlara göstərilən dövlət qayğısının və diqqətinin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin dayandığını bildirib. O, uşaqların xoşbəxt gələcəyinin təmin edilməsinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və belə tədbirlərin onların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün uğurla davam etdirilən dövlət uşaq siyasətindən danışıb. O, uşaqlara göstərilən diqqət və qayğının ölkənin gələcəyinə qoyulan ən mühüm investisiyalardan biri olduğunu bildirib. Zahir Qəhrəmanov tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara, konsert proqramında iştirak edən müəllim və şagirdlərə, eləcə də tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü çatdırıb.
Sonra konsert proqramında fəallığı və uğurlu çıxışları ilə fərqlənən bir qrup müəllim Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunub.
Tədbir iştirakçılarda xoş təəssüratlar yaradaraq yüksək əhval-ruhiyyə ilə başa çatıb.

2 İYUN – MÜLKİ AVİASİYA İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜBARƏK!​Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatı olaraq, ölkəm...
01/06/2026

2 İYUN – MÜLKİ AVİASİYA İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜBARƏK!
​Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatı olaraq, ölkəmizin iqtisadi və strateji qüdrətini səmalarda təmsil edən Azərbaycan Mülki Aviasiyasının bütün işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edirik!
​Ulu öndər Heydər Əliyevin uzaqgörən baxışı ilə formalaşan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında azad Qarabağın səmalarınadək uzanan mülki aviasiyamız dövlətimizin müasir gücünün bariz nümunəsidir.
​Sərnişin təhlükəsizliyi və yüksək xidmət naminə yerdə və göydə böyük məsuliyyətlə çalışan bütün aviasiya heyətinə təşəkkür edir, onlara şərəfli fəaliyyətlərində yeni uğurlar və hər zaman açıq səmalar arzulayırıq!

İyunun 1-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Uşaqların...
01/06/2026

İyunun 1-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələrinin üzvləri, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə öncə şəhərin mərkəzi meydanında ucalan Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Sonra məktəblilərin hazırladığı rəsm və əl işlərindən ibarət sərgiyə və müxtəlif peşə stendlərinə baxış keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov uşaqları 1 – İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə uşaq problemlərinin həlli və gənc nəslin rifahının yüksəldilməsi dövlət siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil edir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti uşaqlarımızın hərtərəfli, ahəngdar və sağlam inkişafının təmin edilməsinə yönəlmişdir.

Ulu Öndərin uşaq fəlsəfəsinə dayanan bu ali diqqətin, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsinə qaldırıldığını diqqətə çatdıraraq, dövlət başçısının müvafiq sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edilməsinin uşaqlara sonsuz qayğısının bariz nümunəsi olduğunu bildirib.

Vurğulayıb ki, Azərbaycan uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasətinə malikdir. Ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları, uşaq qayğı sisteminin inkişafı istiqamətində də tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.

Həmçinin qeyd edib ki, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi uğurlu layihələr bu siyasətin ən humanist təzahürüdür. Fondun təşəbbüsü ilə icra olunan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkəmizin dörd bir yanında uşaqlarımızın müasir təhsil mühiti ilə təmin olunmasına xidmət edir. Bununla yanaşı, “Talassemiyasız həyat naminə” layihəsi, körpələr evi və internat məktəblərinin əsaslı təmiri, həmçinin uşaq evlərindən məzun olan gənclərin mənzil təminatı birbaşa Mehriban xanımın xüsusi himayəsi ilə reallaşır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev uşaqları bayram münasibətilə təbrik edib, uşaqların sağlam, təhlükəsiz və hərtərəfli inkişafının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, təhsil müəssisələrində şagirdlərin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların sosial rifahına və hüquqlarının qorunmasına da xüsusi diqqət yetirilir. Müasir təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq, uşaqların gələcəyin qurucuları olduğunu qeyd edib, keyfiyyətli təhsilin vacibliyini diqqətə çatdırıb.

Tədbir Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul və Neftçala rayonun ümumtəhsil məktəblilərinin ifasında rəngarəng konsert programı ilə davam edib.

Address

Naxçıvan Küçəsi, 1C
Ali Bairamly
AZ1800

Alerts

Be the first to know and let us send you an email when Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı:

Share