Ağcabədi rayonu üzrə təhsil sektoru

Ağcabədi rayonu üzrə təhsil sektoru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağcabədi rayonu üzrə təhsil sektoru, Government Organization, Ağcabədi şəhər Üzeyir Hacıbəyli pr. 4, Agdzhabedy.

Fevralın 26-da Ağcabədi rayonu üzrə təhsil sektorunun kollektivi və müəssisə rəhbərləri tərəfindən Xocalı soyqırımının 3...
26/02/2025

Fevralın 26-da Ağcabədi rayonu üzrə təhsil sektorunun kollektivi və müəssisə rəhbərləri tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanları dərin ehtiramla yad olunub.

Daha sonra Ağcabədi şəhər M.F.Axundov adına 3 nömrəli məktəb-liseydə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, Qarabağ Regional Təhsil İdarəsinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Regionlarla İşin Təşkili şöbəsinin rəisi Gündüz Məmmədov, təhsil sektorunun əməkdaşları, məktəb direktorları, Əməkdar müəllim Camal Abbasov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Qonaqlar faciəni özündə əks etdirən rəsm və foto sərgisinə baxdıqdan sonra akt zalında keçirilən tədbirdə iştirak ediblər. Tədbir çərçivəsində şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar təqdim olunub, Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş etdirilib.

Ağcabədi rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində Xocalı soyqırı...
26/02/2025

Ağcabədi rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən tədbirlər keçirilib.

Ağcabədi rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Xocalı soyqırımının 3...
26/02/2025

Ağcabədi rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Tədbirlər çərçivəsində şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar təqdim olunub, Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş etdirilib. Eyni zamanda, faciəni özündə əks etdirən rəsmlər və foto sərgilər təşkil edilib.

Xocalı soyqırımından 33 il ötür. Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀
26/02/2025

Xocalı soyqırımından 33 il ötür.
Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀

17-25 fevral 2025-ci il tarixində Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində...
25/02/2025

17-25 fevral 2025-ci il tarixində Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində "26 Fevral Xocalı Soyqırımı qurbanlarının xatirəsinə" həsr olunmuş şahmat idman növü üzrə birincilik keçirilmişdir. Yarışda A və B qruplarında 100 nəfərdən artıq şahmatçı iştirak etmişdir.
I, II və III yerləri qazanan şahmatçılar Uşaq Gənclər İdman Şahmat Məktəbi tərəfindən diplom və medallarla təltif olunmuşdur.

25/02/2025
Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧
25/02/2025

Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧

24/02/2025

📢“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

ℹ️Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

📌Müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq.

💻Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

📩 Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.

🏆 Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

📞 Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşən vətəndaşlar +994 51 206 78 48 nömrəsinə “Whatsapp” üzərindən yazaraq müraciət edə bilərlər.

❗Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat və qaynar xətt 4 mart saat 11:00-a kimi aktiv olacaq.

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.Respublika Fənn Olimpiadalarının yarı...
23/02/2025

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.

Respublika Fənn Olimpiadalarının yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilir.

Ağcabədi rayon təhsil sektoru üzrə Ağcabədi şəhəri M.F.Axundov adına 3 nömrəli məktəb liseydə keçirilib. Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.
Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələrində elan olunacaq.

Address

Ağcabədi şəhər Üzeyir Hacıbəyli Pr. 4
Agdzhabedy
AZ0400

Telephone

+994212755340

Website

Alerts

Be the first to know and let us send you an email when Ağcabədi rayonu üzrə təhsil sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share